Parlament qarşısında rus qanununa qarşı keçirilən dinc nümayişdə 14 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi onları xırda xuliqanlıqda və polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzenin sözlərinə görə, həbs olunanlar arasında onun partiya yoldaşları – İmadea Kldiaşvili və Davit Endeladze də var.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə aksiyanın təşkilatçılarını və iştirakçılarını Daxili İşlər Nazirliyi nümayəndələrinin qanuni tələblərinə tabe olmağa, qanunun icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığının hüdudlarından kənara çıxmamağa çağırıblar, lakin nümayiş iştirakçıları qanuni tələbləri nəzərə almamış, ictimai asayişi pozmuş, asayiş keşikçilərinə müqavimət göstərmiş və onları şifahi təhqir etmişdir, nəticədə polis İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə 14 nəfəri həbs etmişdir. Mitinq iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, ona müvafiq tibbi yardım göstərilib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Aprelin 15-də Tbilisidə, Rustaveli prospektində minlərlə insan parlamentin Hüquq Məsələləri üzrə Komitəsində rus qanunlarının müzakirəsinə paralel olaraq toplaşıb. Daxili İşlər Nazirliyi tərəfindən çoxlu sayda polis, xüsusi təyinatlılar və xüsusi texnika, o cümlədən su maşını səfərbər edilib. Aksiya iştirakçıları kortejlə parlament binası ətrafında dövrə vurmaq istəyiblər, lakin hüquq-mühafizə orqanları buna icazə verməyib.
Etirazlara baxmayaraq, komitə iclasında parlament çoxluğu müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini dəstəkləyib, bundan sonra “Gürcü Arzusu”nun liderləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə qanunverici orqanı tərk ediblər.
Aksiya iştirakçılarının bir hissəsi gecə boyu parlament binası önündə qalıb.
“Gürcü Arzusu” bir il əvvəl, mart ayında ictimaiətin genişmiqyaslı etirazları nəticəsində ləğv etdiyi “xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Gürcüstanın Avrointeqrasiya prosesinə zərər vura bilmə ehtimalı olsa da, hakim partiya rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir.