Daxili İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir ki, Rusiya ordusunun üzvü Ana Lakobanın Gürcüstanda olması ilə bağlı mətbuatda yayılan məlumatlar yanlışdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Müvafiq xidmətlər tərəfindən yoxlanılan məlumat əsasında izah edirik ki, ictimaiyyət arasında Anna Lakoba kimi tanınan Ukrayna Respublikasının vətəndaşı Qanna İlyasova Gürcüstana 2018-ci ildə daxil olub və tərk edib. Adıçəkilən vətəndaş Gürcüstanın dövlət sərhədini keçərkən Ukrayna vətəndaşının Ukrayna Respublikası tərəfindən verilmiş pasportundan istifadə edib. 2018-ci ildən sonra qeyd olunan şəxsi məlumatlar ilə o Gürcüstanın dövlət sərhədini keçməyib. Onun sərhədi keçərkən mövcüd səyahət sənədinə əsasən, işğal olunmuş ərazilərlə bağlı Gürcüstan qanunvericiliyinin pozulması halı baş verməyib", - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
“Formula” və “Mtavari Arxi” teleşirkətləri oktyabrın 26-da Rusiya ordusunun üzvü Anna Lakobanın Gürcüstanda olması barədə məlumat yayıb. Rusiya hərbçiləri Tbilisinin müxtəlif yerlərində çəkilmiş fotoları sosial şəbəkələrdə yayıblar. Bundan əlavə, onun TikTok-da Rusiya tərəfindən işğal olunmuş Donetskdə çəkilmiş videoları da var. Ukraynadakı gürcü döyüşçü Vano Nadiradze televiziya kanallarına deyib ki, Ana Lakoba hazırda Batumidədir və işğal qanununu pozduğu üçün ona nə üçün sərhədi keçməyə icazə verildiyi aydın deyil.
Ana Lakoba Tiflisdə çəkilmiş fotoları 2 gün əvvəl Tik-Tokda yayımlayıb.
“Qonaq gələrkən kim nəyin nümayəndəsidir, “Facebook”da, “Tik-Tok”da axtarış apara bilməzlərmi?”. - Daxili işlər naziri Vaxtanq Qomelauri dünən jurnalistlərin Gürcüstanda Rusiya ordusunun hərbçisinin olması ehtimalı ilə bağlı sualına belə cavab verib.
“Bu xanımın soyadını indicə birinci dəfədir eşidirəm, bilmirəm əgər pozubsa, pasporta möhür vurulubsa, ondan asılı olaraq cərimələnirlər, yaxud bir qayda olaraq, ölkəyə buraxılmırlar.
Patrul əməkdaşı Rusiyada və ya dünyada kimin ordu üzvü olduğunu bilirmi? Bu barədə yüz dəfə açıqlama vermişəm, “Facebook”da, “Tik-Tok”da gələn bütün ziyarətçiləri, kimin nəyin nümayəndəsi olduğunu axtara bilməzlər.
Ona görə də əgər pasporta möhür vurulubsa və qanunu pozulubsa, təbii ki, cərimələnəcəklər”, - Qomelauri bildirib.