De-fakto Abxaziya hökuməti Abxaziya pasportlarının tanınmasını tələb edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İşğal olunmuş Abxaziyanın de-fakto hökuməti, qondarma Abxaziya Pasportların ABŞ və Aİ-də səyahət sənədləri kimi tanınmasını tələb edir. Aprelin 4-5-də Cenevrədə keçirilən beynəlxalq danışıqların növbəti raundunda işğalçı rejim nümayəndələri tərəfindən “yerdəyişmə azadlığı məsələsi” növbəti dəfə qaldırılıb.

“Həmsədrlərlə və yeni rəhbəri olan Amerika nümayəndə heyəti ilə görüşlərimiz oldu. Biz yerdəyişmə azadlığı məsələsini bir daha qaldırdıq. Söhbət Abxaziya milli pasportlarının yerdəyişmə sənədi kimi tanınmasından gedirdi. Biz beynəlxalq təcrübəyə istinad edirik - dünyada bu cür presedentlər var və bu, təbii ki, Kosovo, Tayvan, Şimali Kiprdir.

Əgər Kosovodan danışırıqsa, o zaman Avropa İttifaqında olan, İspaniya, Yunanıstan, Sloveniya Kosovonun müstəqilliyini tanımır, lakin buna baxmayaraq Kosovonun pasportlarını tanıyır və bu ölkənin pasportlarına viza verir. Bununla belə vurğulayırıq ki, bu, Abxaziyanın avtomatik olaraq tanınması demək deyil. Söhbət hərəkət azadlığı ilə bağlı məhdudiyyətin aradan qaldırılmasından gedir”, - qondarma Xarici işlər nazirinin müavini İrakli Tujba bildirib.

Tujbanın fikrincə, “problemi həll etmək üçün hansısa yol tapmağa” ümid edən amerikalılardan fərqli olaraq, Avropa İttifaqı bu məsələdə kifayət qədər sərt və mühafizəkar mövqe sərgiləyir.

“Niyə biz bu məsələni qaldırırıq - ölkəmizin bir çox vətəndaşı ikinci Rusiya vətəndaşlığına malikdir və bu, bütün çətinliklərə baxmayaraq, onlara dünya ətrafında hərəkət etməyə imkan verir. Respublikamızda çoxlu sayda (25-30%) müxtəlif səbəblərdən ikinci, Rusiya vətəndaşlığına malik olmayan insanlar var. Əsasən gənclər Rusiya istisna olmaqla, Abxaziya hüdudlarından kənara çıxmaq imkanından məhrumdurlar. Hətta Xarici İşlər Nazirliyinin əməkdaşlarının da Rusiya vətəndaşlığı yoxdur”, - Tujba bildirib.

De-fakto hökumət nümayəndəsinin sözlərinə görə, Gürcüstanın pasportun tanınması məsələsi ilə birbaşa əlaqəsi yoxdur: “Bu məsələnin humanitar xarakter daşımasına baxmayaraq, biz hamımız yaxşı başa düşürük ki, qərar kifayət qədər yüksək siyasi səviyyədə qəbul edilməlidir. Lakin mövcud vəziyyəti nəzərə alsaq, bu, çox çətin qərardır və burada nəzərə almalıyıq ki, gürcü rəqiblərimiz hadisələrin bu cür inkişafına müqavimət göstərəcək”.

Avropa İttifaqı Gürcüstan və Ukraynanın işğal olunmuş regionlarında Rusiya Federasiyası tərəfindən verilmiş pasportları və digər səyahət sənədlərini tanımır. Bununla bağlı yekun qərarı Avropa Parlamenti 2022-ci ilin noyabrında qəbul edib. Müvafiq olaraq, işğal olunmuş Abxaziya və Cənubi Osetiyada yaşayan insanlar viza almaq və Avropa İttifaqının sərhədlərini keçmək üçün Rusiyanın verdiyi pasportlardan istifadə edə bilməzlər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur