İşğal olunmuş Abxaziyanın de-fakto hökumətinin nümayəndələri bildirirlər ki, Enquri çayındaki qondarma sərhəd aprelin 9-da Tbilisidə müxalifətin planlaşdırdığı etiraz aksiyası ilə əlaqədar olaraq bağlanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aprelin 9-u ilə bağlı əhalimizin təhlükəsizliyi üçün Gürcüstana girişi məhdudlaşdırdıq. İstisna “Enqurhesi”nin işçiləri, müalicə üçün Gürcüstana köçən insanlar və yaşlılardır. Respublikaya giriş şərtləri dəyişməyib”, qondarma Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini - Sərhəd Xidmətinin rəhbəri Rüstəm Latipov bildirib.
Enquri körpüsü, eləcə də Tsalencixinin Paxulani kəndi ilə işğal altında olan Saberio kəndi arasında yerləşən piyada keçidi cümə günü, aprelin 7-də bağlanıb.
Qondarma Abxaziya Hakimiyyəti son bir neçə aydır ki, gürcü müxalifətinin dövlət çevrilişi etməyə və Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışdığını bəyan edir. Martın 21-də de-fakto prezident Aslan Bjaniya bildirib ki, bu şəraitdə və apreldə planlaşdırılan “geniş miqyaslı siyasi aksiyalar”la əlaqədar olaraq, Abxaziya üçün Rusiya Federasiyası ilə əməkdaşlığı gücləndirmək böyük əhəmiyyət kəsb edir. “Biz Abxaziya silahlı qüvvələrinin döyüş hazırlığının artırılması üçün genişmiqyaslı işlər həyata keçiririk. Abxaziyaya müharibə lazım deyil, lakin siz vəziyyətin istənilən inkişafına hazır olmalısınız”, - Bjaniya bildirib.
Tbilisidə, Rustaveli prospektində “Vahid Milli Hərəkat”ın təşkilatçılığı ilə aksiya keçiriləcək. Partiyanın sədri Levan Xabeişvili nümayişi martın 14-də keçirilən brifinqdə elan edib və bildirib ki, “Milli Hərəkat” Avropa İttifaqının 12 tövsiyəsini yerinə yetirmək üçün hökumətə aprelin 9-dək vaxt verir. Aksiyanın əsas tələbləri arasında eks-prezident Mixail Saakaşvili, “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramiya və martın 7-9-da keçirilən etiraz aksiyalarına görə həbs olunan 21 yaşlı Lazare Qriqoriadisinin azadlığa buraxılması da var.