Yaşayış evində, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakda və ya dövlət/dövlət müəssisəsində gündüz və ya gecə saatlarında yol verilən akustik səs-küy normalarını aşmağa görə fiziki şəxs ilk dəfə 150 lari məbləğində cərimə ediləcək, hüquqi şəxs və fərdi sahibkar üçün cərimə 1500 lari olacaq. Qanunvericiliyə əsasən, yaşayış və yataq otaqlarında gün ərzində 35 desibeldən, axşam və ya gecə saatlarında isə 30 desibeldən çox olmayan səs-küyə icazə verilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dəyişikliklər gündüz saatlarında davam edən tikinti və təmir işləri nəticəsində yaranan istənilən yüksəklikdə səs-küyə şamil olunmayacaq.
Mövcud qanunvericiliyə görə, gündüz saatlarında saat 08:00-dan 23:00-a qədər olan vaxt nəzərdə tutulur.
Parlament tərəfindən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər dekabrın 14-dən qüvvəyə minir.
Təkrar qayda pozuntusuna görə cərimə təxminən 3 dəfə artır. Belə ki, fiziki şəxs 500 lari, hüquqi şəxs və fərdi sahibkar 5000 lari məbləğində cərimə olunacaq. Üçüncü və hər bir sonrakı halda cərimənin məbləği fiziki şəxs üçün 1000 lari, hüquqi şəxs və fərdi sahibkar üçün isə 10 000 lari müəyyən edilir.
Hələ də qüvvədə olan reqlamentə görə, qanun pozuntusunun birinci dəfə törədilməsinə görə xəbərdarlıq edilir, təkrar törədildikdə isə fiziki şəxslər üçün 150 lari, hüquqi şəxslər üçün isə 500 lari cərimə nəzərdə tutulur. Eyni əməlin təkrar törədilməsinə görə fiziki şəxs 300 lari, hüquqi şəxs 1000 lari məbləğində cərimə edilir.
Deputatlar qanunvericiliyə edilən dəyişiklikləri mövcud cərimələrin qabaqlayıcı effekt verə bilməməsi ilə əsaslandırıblar ki, bunu əhalinin yüksək müraciəti də sübut edir. Tbilisi üzrə 2021-ci ildə 148, 2022-ci ildə 253, yalnız 2023-cü ilin yanvar-iyul aylarında akustik səs-küyün yol verilən normalarından artıq olması ilə bağlı 344 inzibati xəta protokolu tərtib edilib.
“Səs-küy xoşagəlməzdir, həyat keyfiyyətini aşağı salır, insanların normal fəaliyyətinə mane olur, diqqətin cəmlənməsinə, ünsiyyətə və yuxuya təsir edir. Mənfi sosial-psixoloji nəticələrlə yanaşı, insan sağlamlığına, xüsusən də ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının 1999-cu ildə çap olunan ictimai səs-küy direktivləri dövlətləri əhalini səs-küydən qorumaq, səs-küyün mənfi təsirlərini nəzərə almaq və mövcud qanunvericilikdə müvafiq məhdudiyyətlər müəyyən etməyə çağırır”, - deyə qanun layihəsinin izahat yazısında qeyd olunub.
Vətəndaşlardan daxil olan məlumat əsasında akustik səs-küy normalarının pozulması hallarına reaksiya polisə həvalə olunur.