Deputat Dimitri Xundadzenin kürəkəni ABŞ-a qeyri-qanuni yolla gedib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Anti-Qərb bəyanatları ilə tanınan deputat, “xarici təsir agentləri” haqqında rus qanununun həmmüəllifi Dimitri Xundadzenin kürəkəni Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni yollarla gedib. Mirian Okropiridzenin ABŞ vizası olmadığını onun anası Eliso Okropiridze və həyat yoldaşı Tika Xundadze “TV Pirveli” -yə təsdiqləyib.

“Pirveli”nin məlumatına görə, Mirian Okropiridze martın əvvəlində məzuniyyətə çıxsa da, işə qayıtmayıb. O, yəqin ki, Meksika vasitəsilə ABŞ-a gəlib.

“Həyat yoldaşımın qərarından atam da narazıdır, mən də narazıyam. Bu onun qərarı olsa da, gedib buranı tərk etməsini istəmirdim. Onun vizası yox idi. Onun nə ilə getdiyini dəqiq bilmirəm. Həyat yoldaşımla münasibətim bizim şəxsi həyatımızdır. Bu, onun şəxsi qərarıdır. Mən, ailəm və atam da bundan narazıyıq, çünki onun kifayət qədər hörmətli bir vəzifəni tərk edib Amerikaya getməsi üçün heç bir səbəb yox idi”, - Tika Xundadze deyir.

Mirian Okropiridze on il ərzində Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyində rəhbər vəzifələrdə çalışıb. 2013-cü ilin mayında Dimitri Xundadze “Gürcü Arzusu”ndan Mtsxetanın majoritar deputatı seçildikdən sonra Mirian Okropiridze Meşə Təsərrüfatı Agentliyinin Mtsxeta-Mtianeti regional xidmətinin rəhbəri, son illərdə isə Kvemo Kartli meşə xidmətinin rəhbəri vəzifəsində idi. Onun həyat yoldaşı Tika Xundadze Mtsxeta bələdiyyəsi merinin müşaviridir.

“Pirveli” teleşirkətinin mənbəsinin məlumatına əsasən, Dimitri Xundadzenin kürəkəni Amerikaya qaçmazdan əvvəl iş yerində problemlərlə üzləşib, xüsusən də o, ağac materiallarının qanunsuz ticarətinə himayədarlıq etdiyi iddiası ilə ifşa edilib.

Dimitri Xundadze “Xalqın Gücü” hərəkatını yaradan və parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı olan “Gürcü arzusu”nu formal olaraq tərk edən deputatlardan biridir. Parlament çoxluğu 78 deputatın dəstəyi ilə qanun layihəsini martın 7-də birinci dinləmədə qəbul edib və bunun ardınca Rustaveli prospektində minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilib. Daxili İşlər Nazirliyi dinc nümayişçiləri gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrlə dağıdıb. Aksiyanın dağıdılması zamanı nümayişçilərdən birinin aldığı xəsarət nəticəsində bir gözü görmə qabiliyyətini itirib. Səhiyyə Nazirliyi hələlik neçə nümayişçinin xəsarət aldığı barədə məlumat yaymayıb. Polis 133 vətəndaşı inzibati, bir nəfəri isə cinayət məsuliyyətinə cəlb edib. Daxili İşlər Nazirliyi bildirir ki, zorakılıq hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 353 prima və 187-ci (polis əməkdaşlarına hücum və özgənin əmlakına ziyan vurma) maddələri ilə istintaq davam etdirilir. Vətəndaşların etirazı nəticəsində “Gürcü Arzusu” rus qanunundan imtina etmək məcburiyyətində qalıb və martın 10-da ikinci dinləmədə onu ləğv edibş İkinci qanun layihəsi isə parlamentdən geri götürülüb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur