Deputat Zavradaşvilinin sözlərinə görə, “Oçneba”nın bütün liderlərinin ailələri sanksiyalara hazırdır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Xarici agentlər” haqqında rus qanununa səs verən parlament çoxluğu üzvləri ABŞ dövlət katibinin elan etdiyi viza məhdudiyyətlərinə münasibət bildirib. “Gürcü Arzusu” fraksiyasının üzvü İrma Zavradaşvili deyir ki, onlar sanksiyalara hazırdırlar və geri çəkilmək fikrində deyillər.

“Gürcüstanın tarixində insanlar ölkənin rifahı, firavanlığı naminə özlərini qurban veriblər və biz də sanksiyaların üstəsindən birtəhər gələcəyik. Mənim ailəm və “Gürcü Arzusu”nun bütün liderlərinin ailələri bu ölkənin çiçəklənməsi üçün hər şeyə dözməyə hazırdırlar. Hələ ki, sanksiyaların kimə və nə vaxt tətbiq olunacağı sual altındadır... Heç bir halda [geri çəkilmək fikrində deyilik]... Mən hər cür sanksiyalara hazıram, özüm də, ailəm də... Rahat olun, bir çox fikir olaraq ifadə etdiyiniz fikirlər fikir olaraq qaldı. Sakitləşin, Gürcüstan qalib gələcək”, - deputat Zavradaşvili jurnalistlərə bildirib.

“Gürcü Arzusu” fraksiyasının digər üzvü Şota Xabareli deyib ki, deputatlara qarşı sanksiyaların tətbiqi “yəqin ki, tarixə qara hərflərlə yazılacaq”.

“ Gürcüstan şəffaflıq haqqında qanun qəbul edir deyə ona səs verənlər sanksiyalara məruz qalır. Hər biriniz bilməlisiniz ki, hər şeydən əvvəl Gürcüstan dayanır”, - Xabareli bildirib.

İrakli Medzmariaşvili də sanksiyalardan narahat deyil. “Biz vetonu aşacağıq və sonra hər şeyə cavab verəcəyik. Nə ailə üzvü? Mən və həyat yoldaşımıq. Nə olacaq, olacaq. Qorxu nə deməkdir, mən nədən qorxmalıyam?”, - Medzmariaşvili jurnalistlərə bildirib.

“Xalqın Gücü”nün liderlərindən biri olan Dimitri Xundadze ABŞ-ın “belə sərt qərar” verəcəyini gözləmir. “Amma yenə də - vətənin suverenliyini gücləndirmək, yaxud viza və aviabiletlər arasında seçim etmək lazım olarsa, təbii ki, seçim vətənin xeyrinə olacaq. Bu cür yanaşma ilə bağlı Gürcüstanda çoxdan cavab var və mənim də belə cavabım olacaq: mən öz vətənimi başqa ölkənin cənnətinə dəyişmərəm”, - Xundadze bildirib.

Sanksiyalara “Xalqın Gücü”nün digər üzvü – Davit Kaçarava da münasibət bildirib, o da rus qanununa münasibətdə geri çəkilməyəcəklərini bildirib.  

“Bütün dünyada inanılmaz bir şey baş verir. Sırf şəffaflıq haqqında qanun qəbul etdiyimizə görə qanuni seçilmiş hakimiyyət orqanları şantaj olunur, sanksiyalarla hədələnir. Bu, birbaşa şantaj və ölkənin daxili işlərinə qarışmaqdır ki, bu da yolverilməzdir. Biz bir addım da geri çəkilib ölkəmizin suverenliyi barədə alver etmək fikrində deyilik”, - Kaçarava bildirib.

Amerika Birləşmiş Ştatları Gürcüstanda demokratiyanın sarsıdılmasında məsuliyyət daşıyan və ya iştirak edən şəxslərə və onların ailə üzvlərinə şamil ediləcək Gürcüstan üçün viza məhdudiyyəti siyasəti hazırlayacaq. Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, 2024-cü ilin oktyabrında keçiriləcək seçkilərdən əvvəl, seçkilər zamanı və sonra da daxil olmaqla, Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirən hər kəs siyasət çərçivəsində ABŞ vizasından və ya ABŞ-a səfər imkanından məhrum edilə bilər. Bundan əlavə, Blinken ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur