Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Krım Platformasının birinci parlament sammitində işğal olunmuş Abxaziyanın işğaldan azad edilməsinə kömək etmək üçün oxşar formatların yaradılması təklifi ilə çıxış edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz öz formatımızı, Krım platformasının formatını bir vaxtlar işğal olunmuş ərazilərin: Dnestryanı və Abxaziyadan tutmuş şimal ərazilərinə qədər işğaldan azad edilməsini təşviq edəcək digər humanitar və diplomatik platformalar üçün başlanğıc nöqtəsi etməliyik”, - deyə Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna bayrağı öz layiqli yerində - Krımın şəhər və kəndlərində qaldırılanda Rusiyanın təcavüz potensialı tamamilə məhv olacaq: “Krımın qaytarılması əsl sülhün bərpası olacaq. Krım Rusiya tərəfindən tramplin kimi istifadə edilməkdən azad edilməlidir. O zaman dünya hiss edəcək ki, daha itki olmayacaq və insanlar dünyanın daha təhlükəsiz olacağını hiss edəcəklər”.
Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın faktiki xarici işlər naziri İnal Ardzinba Zelenskinin bəyanatına cavab verib və onu “açıq təxribatda” ittiham edib. Ardzinbanın dediyi kimi, onlar Abxaziyada “tarixi seçim” ediblər və Abxaziyanın istənilən formata daxil edilməsinə cəhd etmək qətiyyən perspektivsizdir və bu, qondarma respublikanın siyasi statusunun dəyişdirilməsi deməkdir.
“Abxaziya Respublikası kənardan gələn bütün təxribatlara baxmayaraq, öz dövlətçiliyini möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə möhkəm getmək niyyətindədir”, - de-fakto xarici işlər naziri bildirib.
Xorvatiyada Krım Beynəlxalq Platformasının ilk parlament sammiti keçirilir. Burada parlamentin spikeri Şalva Papuaşvili, vitse-spiker Arçil Talakvadze və Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin də daxil olduğu Gürcüstan parlament nümayəndə heyəti də iştirak edir.
Papuaşvilinin sözlərinə görə, Ukrayna kimi gürcü xalqı da Rusiyanın amansız işğalını yaşayıb - 2008-ci ildə və 1990-cı illərin əvvəllərində. Onun sözlərinə görə, Gürcüstanın təcrübəsi ən azı üç dərs verir: bunlardan biri də beynəlxalq ictimaiyyətin birliyini və həmrəyliyini qoruyub saxlamaq zərurətidir ta ki, Ukraynanın və digər ölkələrin ərazi bütövlüyü tam bərpa olunana qədər, hansı ki Rusiya tərəfindən pozulub.
“Əks halda Rusiya öz qonşuluğunda və onun hüdudlarından kənarda hərbi avanturizmini dayandırmayacaq... Tarixi bölgələrimiz çoxdan Rusiya tərəfindən işğal olunduğu üçün Gürcüstanın özü ekzistensial təhlükə altında olsa da, biz Ukrayna xalqının yanındayıq. Gürcüstanın Ukraynaya dəstəyi qeyd-şərtsiz və əbədidir”, - Şalva Papuaşvili Tvitter-də yazıb.