Tiflisdə Gürcü-Rus Universitetinin açılması planlaşdırılır. Bu barədə Gürcüstandakı Yevgeni Primakov Mərkəzinin rəhbəri Dimitri Lortkipanidze rusyönümlü “Gürcüstan və Dünya” nəşrinə bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İndi Gürcüstan-Rusiya universitetinin yaradılması məsələsi xüsusi müzakirə olunur. Bu mərhələdə biz bu təhsil müəssisəsi üçün uyğun yer axtarırıq. Universitetdə təhsil pulsuz olacaq - maliyyə xərclərini Rusiya Federasiyası ödəyəcək. Bu, Rusiya tərəfindən tam kadrlarla təmin olunacaq unikal universitet olacaq.
Düşünürəm ki, sentyabrın sonuna qədər biz daha aydın mənzərə və bu universitet haqqında daha ətraflı məlumat əldə edəcəyik”, Dimitri Lortkipanidze deyir.
İyulun 4-7-də Rusiyanın Leninqrad vilayətində Qorçakov Fondunun təşkilatçılığı ilə gürcü professorların və yerli hökumət nümayəndələrinin də iştirak etdiyi “Gürcü-Rus Dialoqu 2023” keçirilib. Dimitri Lortkifanidzenin sözlərinə görə, forumda gürcü tərəfini professorlar Temur Maisuradze, Qoça Tsopuraşvili, Tamar Kiknadze, həmçinin siyasi analitik Qiorqi Mdivani, tarixçi Qiorqi Uxurqunaşvili və siyasi elmlər namizədi Ana Xotivrişvili təmsil ediblər.
Lortkipanidzenin sözlərinə görə, forumda Gürcüstan vətəndaşlarının Rusiyada biznes fəaliyyətinin sadələşdirilməsi, Tbilisi ilə Sankt-Peterburq arasında birbaşa uçuşların başlanması, dövlət subsidiyaları hesabına aviabiletin qiymətinin aşağı salınması kimi məsələlər də müzakirə olunub. Bundan başqa, Dimitri Lortkipanidzenin dediyinə görə, onlar Gürcüstanın deportasiya amnistiya olunmuş vətəndaşlarının bundan sonra Rusiyaya girişinə məhdudiyyət qoyulmayacağı problemlərindən danışmağ “nail olublar”.
Rusyönümlü siyasətçi qeyd edir ki, Gürcüstan Rusiya ilə münasibətlərdən xüsusilə son dövrlərdə böyük iqtisadi səmərə əldə edir və ölkə rəhbərliyinin Rusiya hakimiyyəti ilə hansısa formada münasibətlərə başlamasının vaxtı çatıb:
“Elə bir məqam yetişib ki, biz hamımız ölkə rəhbərlərinə üz tutmalı və izah etməliyik ki, bəli, biz öz imkanlarımız daxilində əlimizdən gələni edirik, lakin indi fəal hərəkət etmək lazımdır və vacibdir və xalqımızın seçdiyi, dövlət maraqlarına əsaslanan Gürcüstan hökuməti Rusiya Federasiyasının rəhbər şəxsləri ilə danışıqlara başlamalıdır.
...İyulda Rusiyada iki konfransın keçirilməsi planlaşdırılır və aviabiletlərin subsidiyaları məsələsi həll olunacaq. Sentyabrda Rusiyaya daha bir səfər planlaşdırırıq və Rusiya tərəfindən yeni maraqlı təşəbbüslər gözləyirik.
Münasibətlərin reanimasiyası prosesi gedir və bilavasitə, birbaşa ünsiyyət çox vacibdir. Müşahidə edirəm ki, bir çox Rusiya vətəndaşları bizneslərini Gürcüstana köçürmək arzusundadırlar. Digər tərəfdən, Rusiyada öz biznesini qurmaq istəyən çoxlu gürcü var”.
Qərb ölkələrinin Ukraynadakı müharibə ilə bağlı tətbiq etdiyi sanksiyalar fonunda Rusiya prezidenti Vladimir Putin Gürcüstanla birbaşa hava əlaqəsini bərpa edib. Bundan başqa, Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib. Artıq Moskvada danışılır ki, növbəti addım diplomatik münasibətlərin bərpası olacaq.