Avqustun 15-də Şekvetilidə “Black Sea Arena”da Gürcüstan hökumətinin təşkilatçılığı ilə Amerikanın “The Killers” rok qrupunun konsertini dinləyicilərin bir qismi tərk edib. Onların etirazına səbəb qrupun solisti Brandon Flowers-in konsertin sonunda Rusiya vətəndaşı olduğu üzə çıxan drameri səhnəyə çıxarması olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Adın nədir və haradansan?” deyə kişidən soruşan Brandon Flowers, onun Rusiyadan olduğu cavabını aldıqdan sonra ruslarla gürcülərin “qardaş və bacı” olduğunu deyib. Tamaşaçıların bir hissəsinin mənfi reaksiyasına baxmayaraq, qrup mahnını rus dramer ilə ifa edib, bundan sonra Flowers narazı tamaşaçılara müraciət edib: “Siz kimisə qardaşınız kimi tanımırsınız? O sizin qardaşınız deyil? Hamımız ölkələrimizin sərhədləri ilə bölünmüşük? Bunu deyirsiniz? Yəni Amerikadan olan mən sənin qardaşın deyiləm?”.
Konsert zalını tərk edən vətəndaşlar “The Killers” qrupunun solistinin davranışından özlərini təhqir olunmuş hiss etdiklərini bildiriblər.
Hadisədən sonra qrup bir bəyanat yayaraq, dramda ifadə etməsi üçün səhnəyə dinləyici çıxarmağın onların çoxdankı ənənəsi olduğunu izah edib və dünən axşam salona toplaşan dinləyicilərin ilkin reaksiyasından səhnəyə çıxarılan şəxsin məqbul olduğu görünüb - “Əziz gürcü xalqı, bizim heç vaxt kimisə təhqir etmək niyyətimiz olmayıb! ...Etiraf etmək lazımdır ki, “The Killers”in tamaşaçıları və pərəstişkarlarının “qardaş və bacı” olduqlarına işarə edən şərh yanlış anlaşılmış ola bilər. Kimisə qıcıqlandırmaq niyyətində deyildik və üzr istəyirik. Biz sizin yanınızdayıq və ümid edirik ki, tezliklə qayıdacağıq”.
“Black Sea Arena” da baş vermiş hadisəyə görə üzr istəyib və izah edib ki, sənətçinin səhnədəki hərəkətləri onların mövqeyi deyil: “Biz məsuliyyət payımızı dərk edirik, səmimi olaraq üzr istəyirik... Rusiya işğalçıdır”, - təşkilatçılar bəyanat yayıblar.
Bu il Gürcüstan hökuməti xarici sənətçilərin iştirakı ilə konsertlərin keçirilməsini nəzərdə tutan “Starring Georgia” layihəsini həyata keçirir. 2022-ci il noyabrın 28-də hökumətin iclasında Gürcüstanın baş naziri İrakli Ğaribaşvili konsertlərə 70 milyon lari ayrılacağını bildirib.
Hökumət layihəsi çərçivəsində avqustun 31-də Mixeil Mesxi adına stadionda “Imagine Dragons” qrupunun, oktyabrın 1-də isə “Dinamo Arena”da Bruno Marsın konserti nəzərdə tutulub.