Ali Ədliyyə Şurası Bolnisi rayon məhkəməsinin hakimi Nino Qiorqadzenin səlahiyyətlərinə xitam verib. O, dekabrın 1-dən artıq hakim olmayacaq. Şuranın bu qərarı bənzəri görünməmiş qərardır, çünki üç illik sınaq müddəti ilə təyin olunan hakimlər demək olar ki, avtomatik olaraq ömürlük təyin olunurdular.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nino Qiorqadzeni qara siyahıya niyə salına bilərdi - Nino Qiorqadzenin məhkəmədə baxdığı və bənzəri görünməmiş qərar verdiyi ən səs-küylü işlərdən biri Marneuli və Hujabi Yeparxiyasının Marneuli Bələdiyyəsinin büdcəsindən maliyyələşdirilməsi ilə bağlı idi.
Hakim 2022-ci il iyulun 1-də çıxardığı qərarla Pravoslav Kilsəsinin yeparxiyasının yerli büdcədən ildə təxminən 400 min lari maliyyələşdirilməsini ayrı-seçkilik kimi qiymətləndirib və Bələdiyyə Məclisinin müvafiq qərarını ləğv edib. Yalnız 2019-2022-ci illərdə Marneuli və Hucabi Yeparxiyasına “dini tolerantlığın təbliği və sakinlərin mənəviyyatının yüksəldilməsi üçün” yerli büdcədən ümumilikdə 1,5 milyon laridən çox vəsait ayrılıb. Yerli əhalinin əksəriyyətini təmsil edən digər dini qurumlar ümumiyyətlə maliyyə almırlar. 2019-cu ildə fəal Samirə Bayramova və Bütün Gürcüstan Müsəlmanlarının Ali İlahiyyat İdarəsi bu maliyyələşdirmə qaydasını şikayət etmişdilər.
Hakim qərarında qeyd edib ki, “birmənalı olaraq dini əlamətə əsaslanan fərqli rəftar halı qeydə alınıb. Dövlətin istənilən hərəkəti sekulyar məqsədə əsaslanmalı, heç bir konkret dini dəstəkləməməli və dinə hədsiz bağlılıq “təəssüratı” buraxmamalıdır.
Nino Qiorqadzenin bu qərarı Marneuli və Hucabinin yepiskopunun qəzəbinə səbəb olub. Meupe Qiorqi Camdeliani hakimin fotosunu sosial şəbəkədə bu yazı ilə dərc edib: "Tanıyın!" Marneuli və Hucabi yeparxiyasının maddi yardımını ləğv edən Serqo Orconikidzenin və Filipe Maxaradzenin layiqli varisi, Bolnisi rayon məhkəməsinin hakimi!".
Bolnisi məhkəməsinin qərarı bənzəri görünməmiş qərar idi və qüvvədə saxlanılsa, dini təşkilatların yerli hökumətlər tərəfindən maliyyələşdirilməsi praktikasını dəyişdirəcəkdi. Marneuli meriyası bu qərarı Apellyasiya Məhkəməsinə şikayət edib və hakim Leyla Mamulaşvili onu ləğv edib.
Hazırda “Məhkəmə Mühafizəçisi” qeyri-hökumət təşkilatına rəhbərlik edən Ali Ədliyyə Şurasının qeyri-hakim üzvü Nazi Canezaşvili “Gürcüstan Xəbərləri”nə deyib ki,
Nino Qiorqadzeni Ədliyyə Şurası qondarma klana bağlı hakim olmadığı, mövcud qeyri-rəsmi iyerarxik nizama tabe olmadığı üçün cəzalandırılıb və bu, ona 3 ildən sonra məhkəmə fəaliyyətini dayandırması bahasına başa gəlidi.
“Ali Ədliyyə Şurasının bu qərarı müstəqil hakimlərə qarşı bir növ xəbərdarlıq və eyhamdır. Sistem necə işləyir - kiməsə yaxınlaşsan, danışsan, üzrxahlıq etsən, tabe olacağına söz versən daha heç nə etməyəcəksən, o zaman fikirləşəcəklər, səni təyin etsinlər, ya yox. Nino hakim təyin olunmazdan əvvəl Ali Ədliyyə Şurasında işləyib. Hazırda şuranın üzvü olan Ketevan Tsintsadze onun rəhbəri idi və Ninonun peşəkar bacarıqlarına bələddir. Nino xəbəri Murusidzeyə çatdırmaq üçün hər kəsin yanına gedib onlarla ona kömək etmələri barədə danışa bilərdi, lakin bunu etmədi. Sadiqlik klan üçün ən vacib şeydir”, - Nazi Canezaşvili deyir.
Onun məlumatına görə, Nino Qiorqadze Ali Ədliyyə Şurasının qərarından ixtisas palatasına, daha sonra məhkəməyə şikayət etməyi planlaşdırır və o cümlədən o, hüquqi mübahisəni daha da davam etdirmək niyyətindədir", - Nazi Canezaşvili Avropa İnsan Haqları Məhkəməsini nəzərdə tutur.
Nino Qiorqadze 3 il əvvəl sınaq müddətində hakim kimi həmin qondarma klan təyin etmişdisə qərarlarını niyə dəyişiblər sualına, Nazi Canezaşvili belə cavab verir: “Klan bütün hallarda haqlı deyil. Sizə dediyim kimi, Nino hakim təyin olunmazdan əvvəl Ədliyyə Şurasında, müstəqil müfəttişlə işləyirdi, ixtisaslı idi. Görünür, ona görə etimad göstəriblər. Müstəqil qərar çıxara biləcək belə bir hakimin ola biləcəyinə ehtimal verməyiblər. O klana desəydi ki, məndə nəsə alınmadı, yanaşmamı dəyişəcəm, mütləq onun hakim səlahiyyətlərini uzadacaqdılar”.
Nino Qiorqadze 2006-2007-ci illərdə Tbilisi Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında təcrübə keçib; 2007-2008-ci illərdə Tbilisi Apellyasiya Məhkəməsi iclasının ehtiyat olan katibi olub; 2008-2018-ci illərdə Gürcüstan Ali Ədliyyə Şurasının hakim etikası şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib; 2018-2019-cu illərdə Gürcüstan Ali Ədliyyə Şurasının müstəqil müfəttiş xidmətinin baş məsləhətçisi olub. 2020-ci ilin dekabrından 2023-cü ilin dekabrına qədər Bolnisi Rayon Məhkəməsinin hakimidir.
Qeyd edək ki, 2023-cü ildə hakim Nino Qiorqadze “Gürcüstan Xəbərləri”nin Bolnisi, Dmanisi və Marneulinin özünüidarə orqanlarına qarşı bütün iddialarına baxıb. “Gürcüstan Xəbərləri” şəhər və rayon məhkəmələrində ictimai məlumatların təyin edilməsi ilə bağlı 50-dən çox iddia qaldırıb. Nino Qiorqadze Gürcüstanda media qurumlarının iddialarına ağlabatan müddət ərzində baxan və təmin edən yeganə hakimdir.