Dmanisi şəhərinin keçmiş meri Qiorqi Tatuaşvilinin istiqamətinə bir neçə dəfə atəş açılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Dmanisi bələdiyyəsinin keçmiş meri Qiorqi Tatuaşviliyə hücum edilib və onun Tbilisidən Dmanisiyə getdiyi avtomobilə 5 atəş açılıb. Tatuaşvilinin sözlərinə görə, bir güllə sürücünün oturacağına ilişib. Hücum Didi Dmanis kəndində baş verib.

Tatuaşvilinin sözlərinə görə, o, onların onu təqib etdiyini görüb və ehtimal edir ki, hücum edənlər “Gürcü Arzusu” ilə əlaqəsi olan,  hakim partiyanın seçkilər zamanı insanları qorxutmaq üçün istifadə etdiyi Zurab Okmelaşvili və Koba Menabdişvilidir.

“Videoregistrator onların avtomobili necə mühasirəyə aldıqlarını və necə çıxdıqlarını qeydə alıb. Mən dayanmadım. Bir güllə maşının təkərinə dəyidi və o deşilib”, - Tatuaşvili Formula TV-yə bildirib.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 236 və 187-ci (özgənin əmlakına ziyan vurma və qanunsuz olaraq odlu silah-sursat əldə etmə-saxlama-daşıma) maddələri ilə araşdırma aparılır.

Qiorqi Tatuaşvili 2017-ci ildə Dmanisi bələdiyyəsinin meri seçilib. Bundan əvvəl o, “Nyu Hospitals”ın hüquq şöbəsində hüquqşünas olub. 2020-ci ildə “Gürcü Arzusu” onu partiyadan xaric edib və buna səbəb kimi “rəqib namizədin seçki kampaniyasına dəstəyi” göstərib. 2021-ci ildə Tatuaşvili özünüidarə seçkilərində “Milli Hərəkat”dan namizəd kimi iştirak edib, lakin “Gürcü Arzusu”nun namizədi Koba Muradaşvili 4,16% səs fərqi ilə ona qalib gəlib. Səslər aşağıdakı kimi bölünüb: Koba Muradaşvili (Gürcü Arzusu - N41) - 52,08%; Qiorqi Tatuaşvili (Milli Hərəkat - N5) - 47,92%.

Tatuaşviliyə hücumla bağlı “Vahid Milli Hərəkat” Gürcüstanda akkreditə olunmuş diplomatik korpusa müraciət edir.

“Qiorqi faktiki olaraq 2021-ci ildə seçkilərdə qalib gəlmiş şəxsdir və 2024-cü il seçkilərindən əvvəl onu ibrətamizcəsinə neytrallaşdırmaq cəhdi var. Biz Gürcüstanda akkreditə olunmuş diplomatik korpusa, Gürcüstanda demokratiya və insan haqları sahəsində çalışan qeyri-hökumət təşkilatlarına müraciət edirik ki, bu açıq siyasi vendettanı kriminal rus rejimi tərəfindən 2024-cü ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin zorakı seçkiqabağı kampaniyasının tərkib hissəsi kimi qiymətləndirsinlər”, - bəyanatda deyilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur