Hollandiyanın media tənzimləyici orqanı Rusiyanın müxalif “Dojd” televiziya şirkətinə yayım lisenziyası verib. Qərar 22 dekabr tarixində verilib, ancaq bunun haqqında məlumatı dünən 9 yanvar tarixində Latvianın radiosu yayıb, radio güman edir ki, Avropa İttifaqı ölkələrində lisenziya əldə etmək “Dojd”a öz verlişlərini bütün Avropa İttifaqı ölkələrində, o cümlədən dekabrın əvvəlində bağlandığı Latviyada kabel televiziyası şəbəkələrində yaymağa imkan verəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Niderlandın milli tənzimləyicisinin (Commissariaat voor de Media) qərarında bildirilir ki, “TVR Studios B.V.” şirkəti 22 dekabr 2022-ci il tarixindən etibarən (TV Rain) “Dojd” adı ilə kommersiya televiziya yayımı xidməti göstərmək üçün 5 il müddətinə lisenziya alıb. Nə televiziya şirkətinin baş direktoru Natalia Sindeeva, nə də baş redaktor Tixon Dziadko hələlik bu məsələ ilə bağlı fikir bildirməyiblər.
2022-ci ilin 6 dekabr tarixində Latviyanın Elektron Media üzrə Milli Şurası “Dojda”nın Latviya ərazisində yayım lisenziyasını ləğv edib və şuranın sədri İvars Abolinş bunu “milli təhlükəsizliyə və ictimai asayişə təhdid” kimi izah edib. Tixon Dziadko qərarı "absurd" adlandırıb. Sonradan teleşirkətin yayımı Litva və Estoniyada da dayandırlıb.
Beynəlxalq təşkilat “Jurnalistlərin Müdafiə Komitəsi” hesab edir ki, lisenziyanın ləğvi ən pis halda olmalı idi, təşkilat Latvia hakimiyyətinin öz qərarını ləğv etməyə və “başqa şəkildə Rusiya hakimiyyəti üçün daha asan hədəfə çevrilə biləcək” media orqanlarına və onun jurnalistlərinə ev sahibliyi etməyə çağır.