Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti daha əvvəl hökumətyönlü medianın “Bidzina İvanişvilinin qətliniə hazırlıq faktlarının” araşdırılması ilə bağlı yaydığı məlumatı təsdiqləyib. DTX istintaqın nə vaxt və hansı əsaslarla başladığını açıqlamayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yüksək ictimai maraqdan irəli gələrək ictimaiyyətin nəzərinə çatdırırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 18-323-cü birinci və 315-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan terror aktının hazırlanması və dövlət hakimiyyətinin devrilməsi üçün sui-qəsd faktı üzrə istintaq aparılır.
Dövlət Təhlükəsizlik Xidməti Gürcüstan hökumətinin Ukraynada olan keçmiş yüksək rütbəli məmurları və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təşkil edilən və maliyyələşdirilən “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını araşdırır.
Qeyd olunan cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq və hakimiyyəti zəiflətmək fonunda dağıdıcı qüvvələr tərəfindən zorakı yolla dövlət hakimiyyətini devirməkdir.
Cinayət işi üzrə fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, bu tədbirlər çərçivəsində konkret şəxslər şahid qismində dindirilmək üçün istintaq orqanına çağırılır”, - DTX-nın yaydığı bəyanatda deyilir.
Son bir neçə gündür ki, Dövlət Təhlükəsizlik Xidməti Ukraynada döyüşən, hazırda Gürcüstanda olan gürcüləri dindirməyə çağırır. Abxaziya və 2008-ci il avqust müharibələrinin veteranı Qela Kaxabrişvili və onun vəkili Mixeil Ramişvili iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində magistrat hakiminin iştirakı ilə dindirildikdən sonra DTX müstəntiqinin suallarının Bidzina İvanişviliyə və “Gürcü Arzusu”nun yüksək rütbəli məmurlarına qarşı terror aktının hazırlanması ilə bağlı olduğunu deyib. DTX Ukraynadakı döyüşçülər Nadim Xmaladze və Laşa Çiqladzeni də dindirib, lakin onlar jurnalistlərlə söhbət zamanı sualların İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı olduğunu deməyiblər.
“Mən kontuziya almışam, sağalmaq üçün gəlmişəm və məni terror aktında və başqa şeylərdə ittiham edirlər”, - Qela Kaxabrişvili bildirib. O, jurnalistlərə açıqlamasında ittihamları axmaq və absurd adlandırıb. Kaxabrişvilinin sözlərinə görə, hökumətin məqsədi döyüşçüləri qorxutmaqdır.
İqtidaryönlü media cinayət işinin 315-ci və 18-323-cü maddələri ilə başlandığını yazsa da, Dövlət Təhlükəsizliyi Xidməti aparılan istintaqı şərh etməmişdi. Onlar bildirmişdilər ki, iş “məxfidir” və vəkillər onu gizli saxlama müqaviləsi imzalayıblar.
“Məlum olur ki, onlar Bidzina İvanişvilini və “Oçnenba”nın digər liderlərini öldürməyi, partlatmağı, terror aktları törətməyi və bununla da dövlət çevrilişi etməyi planlaşdırıblar. Onların başqa şansları yoxdur, seçkilərdə qalib gəlməkdən söhbət gedə bilməz”, - parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib. Mdinaradzenin sözlərinə görə, o, “ona qarşı nəsə planlaşdırılan ən kiçik rütbəli məmur ola bilər”.