Laqodexi merinin Niniqori inzibati vahidindəki keçmiş nümayəndəsi (kənd nümayəndəsi) Tornike Tsitsvidze dövlətə məxsus əmlakı saxta yolla əldə etmək, saxta yolla əldə etməyə köməklik etmək və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edilərək həbs edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, Tornike Tsitsvidzenin verdiyi saxta sənədlər əsasında vətəndaşlar dövlət və xüsusi mülkiyyətdə olan ümumi dəyəri 1 746 934 lari olan 37 864 kvadratmetr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, DTX-nın məlumatına görə, Tornike Tsitsvadze bir qrup şəxslə birlikdə 105 199 lari dəyərində 1928 kvadratmetr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma aparır. 2019-2022-ci illərdə merin nümayəndəsi vəzifəsini tutmuş Tornike Tsitsvidze təqsirli bilinərsə, onu 6 ildən 9 ilə qədər həbs gözləyir.
Gürcüstanın 15 noyabr 2023-cü il tarixli “Amnistiya haqqında” qanununa əsasən, şəxs dələduzluq yolu ilə əldə etdiyi torpaq sahəsini dövlətə qaytardıqda və ya vicdanlı alıcıya özgəninkiləşdirilmiş torpaq sahəsinə ekvivalent dəyəri ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sözügedən qanun dövlət məmurları tərəfindən törədilən cinayətlərə şamil edilmir.
Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, dövlət mülkiyyətində olan torpaq sahələrini bələdiyyə sədrinin nümayəndəsinin köməkliyi ilə dələduzluq yolu ilə ələ keçirən vətəndaşların “Amnistiya haqqında” qanunun tələblərini yerinə yetirdikləri təqdirdə cinayət məsuliyyətinə cəlb edilməyəcəkləri bildirilib.