Piyadanı avtomobillə vuraraq köməksiz vəziyyətdə qoymaqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin əməkdaşı Tamaz Braçuli barəsində həbs qətimkan tədbiri seçilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qori rayon məhkəməsinin hakimi Qermane Dadeşkeliani vəkilin təqsirləndirilən şəxsin 20 min lari girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Fevralın 6-na keçən gecə Duşeti şəhərinin girişində yol-nəqliyyat hadisəsi baş verib. İş materiallarına görə, şəxsi avtomobili ilə hərəkətdə olan Tamaz Braçuli yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozaraq, avtomobilin təhlükəsiz hərəkətini təmin etməyib və piyadanı vurub. İttiham tərəfi iddia edir ki, bundan sonra sürücü piyadanı həyati təhlükəsi olan vəziyyətdə qoyub, hadisə yerindən qaçaraq maşını gizlədib.
“Təqsirləndirilən şəxs zərərçəkmişi yerindəcə qoyub və o, məhz bundan sonra dünyasını dəyişib. Mərhumun baş nahiyəsindən aldığı xəsarətlər də daxil olmaqla xəsarətləri olub. Meyitin tibbi ekspertizası aparılır”, - prokuror Nino Zurabaşvili bildirib.
Tamaz Braçuli fevralın 9-da həbs edilib. O, Cinayət Məcəlləsinin 128-ci və 276-cı maddəsinin 6-cı hissəsi ilə, yəni çətin vəziyyətdə qoymaq və yol hərəkəti təhlükəsizliyi qaydalarını insan tələfatına səbəb olacaq şəkildə pozmaqda ittiham olunub. Tamaz Braçuli ittihamla razılaşmır. Özünün dediyi kimi, “görməsi -2”dir və ona görə də piyadanı görməyib. O, gizləniyini və maşını gizlətdiyini də inkar edir.
İş üzrə məhkəmə öncəsi iclas aprelin 5-nə təyin edilib.
Ailə üzvlərinin sözlərinə görə, Tamaz Braçuli 25 il Duşeti müvəqqəti saxlanma təcridxanasında işləyib.