Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, o, həbsdə olan Mixail Saakaşvilinin səhhətinin vəziyyətini diqqətlə izləyir və sabiq prezidentin həbsdə ölməsini və ya düzəlməz zərər çəkməsini istəmir. Zurabişvili bu barədə BBC-nin HARDtalk proqramında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalist müsahibənin sonunda hazırkı prezident Mixail Saakaşvili haqqında sual ünvanlayıb: “Müstəqil həkimlər şurası fevralda Saakaşvilini müayinə etdikdən sonra onun işgəncə, pis rəftar, qeyri-adekvat tibbi xidmət və uzun müddət aclıq aksiyası nəticəsində nevroloji xəstəlikləri olduğunu bildirib. Sizin prezident kimi onu əfv etmək hüququnuz var. Niyə əfv etmirsiniz?”.
“Mənim bu səlahiyyətim çox sadə səbəbdən yoxdur – onun hökmünün çıxarılması prosesi hələ başa çatmayıb. O, hələ də mühakimə olunur. Gürcüstanda belə qanun var ki, əfv ancaq hər şey bitəndən sonra verilə bilər”.
Hər şey bitdikdən sonra Saakaşvilini əfv edib-etməyəcəyinə aydınlıq gətirilməsini xahiş etdikdə, Zurabişvili deyib ki, bu başqa məsələdir və o, niyə onu əfv etməyəcəyini çox təfərrüatı ilə izah edib.
“Çünki bu, polyarizasiyanın əsas amilidir. Gürcüstanda praktiki olaraq elə bir ailə yoxdur ki, belə bir avtokratik rejimin nə demək olduğunu yaşamasın. Ona görə də mən daha da polyarizasiya alətinə çevrilmək istəmirəm, eyni zamanda mən eks-prezidentin həbsdə ölməsini, bərpası mümkün olmayan zərər çəkməsini istəməyən dövlət başçısıyam.
Bütün tibbi hesabatları çox diqqətlə izləyirəm. Onu sınaqdan keçirən beynəlxalq həkim qrupunun hesabatını gözləyirəm, lakin hələ ki, dərc olunmayıb. Mən Gürcüstanda açıq şəkildə deyirəm ki, Saakaşvilini ekstradisiya etmək (yaxud mən bilmirəm hansı termindir) vəziyyəti daha da asanlaşdırmaq üçün imkan yaratmaq lazımdır. Altı aydır ki, xəstəxanadadır. Amma bu qərarı məhkəmə verməlidir”, - Salome Zurabişvili bildirib.
Noyabrın 19-da Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani və anası Giuli Alasaniya Saakaşvilinin zəhərləndiyini, xarici ekspertlər onun bədənində civə və digər ağır metallar aşkar etdiyini açıqlayıblar. Sabiq prezidentin səhhətinin vəziyyəti ilə bağlı ekspertiza rəyini “Empatiya” mərkəzi hazırlayıb və yəqin ki, bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq. Ekspertizada gürcü mütəxəssislərlə yanaşı, xarici ekspertlər də iştirak edib. "Empatiya"nın direktoru Mariam Cişkarianinin sözlərinə görə, Saakaşvilinin diaqnozları ciddidir və həbsdən azad edilmə meyarlarına uyğundur.
Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, onlar Saakaşviliyə toksikoloji ekspertiza keçirmək üçün Samxarauli adına Milli Mərkəzə müraciət edəcəklər. Sosial şəbəkələrdə Saakaşvilinin adından bəyanat dərc edilib və orada üçüncü prezident deyir ki, o, heç vaxt vəkilinə zəhərlənmədən şübhələndiyini deməyib.
Mixail Saakaşvili bir il əvvəl Gürcüstana qayıdıb və 2021-ci il oktyabrın 1-də yerli özünüidarə seçkilərindən bir gün əvvəl Tbilisidə həbs edilib. Mixail Saakaşvili təqsirli bilinir. O, parlamentin üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasının dağıdılmasında, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur.