Ermənistan 30 il boyunca bağlı olmuş sərhədlə Türkiyəyə 100 ton yardım etdi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Türkiyə-Suriya sərhədi yaxınlığında baş verən dağıdıcı zəlzələdən sonra son 30 ildən sonra ilk dəfə olaraq Ermənistanla Türkiyə arasında quru sərhədi açılıb. Ermənistanın göndərdiyi 100 ton humanitar yüklə yüklənmiş 5 yük maşını fevralın 11-də Türkiyəyə gedən ən qısa yolda Marqara körpüsündən keçib. Yardım sərhəddən 600 kilometr aralıda, təbii fəlakət bölgəsinə - Adıyaman şəhərinə çatıb. Bu şəhərdə 27 nəfərlik erməni xilasedicilər qrupu da işləyir.

“Zəlzələdən zərər çəkmiş bölgədə xalqımızın əzabını yüngülləşdirmək üçün Ermənistan xalqının bizə göstərdiyi səxavətli dəstəyi həmişə xatırlayacağam”, -Türkiyə tərəfinin Ermənistanla Türkiyə arasında danışıqlarda nümayəndəsi, səfir Serdar Kılıç bildirib.

Diplomat Ermənistanın Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ruben Rubinyana və xarici işlər nazirinin yeni təyin olunmuş müavini Vahan Kostanyana göstərdikləri səylərə görə təşəkkür edib. “Biz sizə kömək etməkdən məmnunuq”, - Rubinyan ona cavab verib. Onun sözlərinə görə, Türkiyəyə yardım göndərilməsi düzgün addımdır və irimiqyaslı fəlakətlər zamanı bütün ölkələr bir-birinə kömək etməlidir.

“Bildiyiniz kimi, son 100 ildə Ermənistan-Türkiyə münasibətləri çox çətin və bir çox problemlərlə dolu olub, amma ən azı indi humanitar fəlakətlə üzləşirik və Ermənistanla Türkiyə arasında münasibətlərin hazırda necə olmasından, ya da keçmişdə münasibətlərin necə olmasından və baş verənlərdən asılı olmayaraq, fakt budur ki, ölkələrimiz qonşudur və fəlakət zamanı qonşular bir-birinə kömək etməlidir”, - Rubinyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində qeyd edib.

Ermənistan Suriyaya da xilasedicilər və humanitar yardım göndərib.

Bir həftə əvvəl, fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində 7,7 bal gücündə zəlzələ baş verib, ardınca eyni gündə 7,6 bal gücündə təkrar zəlzələ baş verib. Altı gün sonra hər iki ölkədə ölənlərin sayı 33 mini keçib. Türkiyə tərəfdə 29.605, Suriya tərəfdə 3574 nəfər həlak olub. Dağıntılar altında qalan insanların axtarışı hələ də dəvam edir. Türkiyə rəsmilərinin məlumatına görə, 80 min insan xəstəxanaya yerləşdirilib, bir milyondan çox insan isə müvəqqəti sığınacaqlardadır. BMT-nin məlumatına görə, Türkiyə və Suriyada ən azı 870 min insanın isti qida yardımına ehtiyacı var. BMT-nin məlumatına görə, təkcə Suriyada 5,3 milyona qədər insan qış şəraitində evsiz qalıb.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır. Qonşu ölkələrin bir sıra məsələlərlə bağlı, o cümlədən 1915-ci il hadisələrinə münasibəti fərqlidir. Xüsusilə, Ermənistan və həmçinin bir çox ölkə Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə öldürülməsini soyqırım kimi tanıyır. Türkiyə bu cür qiymətləndirmə ilə razılaşmır. Quru sərhədinə gəlincə, 1993-cü ildə Dağlıq Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən Azərbaycana dəstək əlaməti olaraq bağlanıb. 2022-ci ilin martında Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak edib. Bu, Ermənistanın yüksək məmurunun son on ildə Türkiyəyə ilk səfəri idi. Mirzoyan Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədlərini açmağa hazır olduğunu bəyan etmişdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur