Ermənistan hökuməti Fələstin dövlətini tanıyır və dinc əhaliyə qarşı zorakılığın qəbuledilməz olduğunu bəyan edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xarici İşlər Nazirliyinin bu gün, iyunun 21-də yaydığı bəyanatda bildirilir ki, Qəzzada fəlakətli humanitar vəziyyət və davam edən hərbi münaqişə beynəlxalq siyasi gündəmdə həllini tələb edən əsas məsələlər sırasındadır.
“Ermənistan Respublikası üçün mülki infrastrukturun hədəf alınması, mülki əhaliyə qarşı zorakılıq və silahlı münaqişə zamanı onların girov götürülməsi qəti şəkildə qəbuledilməzdir və onların qeyd-şərtsiz azad edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin tələblərinə qoşulur.
Ermənistan Respublikası BMT Baş Assambleyasının Qəzzada dərhal atəşkəs üçün qəbul etdiyi qətnamələrə qoşulub. Bundan əlavə, Ermənistan Respublikası Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasına, yəhudi və Fələstin xalqları arasında davamlı barışığa səmimi şəkildə sadiqdir. Müxtəlif beynəlxalq platformalarda bizim mövqeyimiz həmişə Fələstin məsələsinin sülh yolu ilə və hərtərəfli həllinə dəstək olmaqdan ibarət olub və biz İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıyıq. Biz əminik ki, bu, həm fələstinlilərin, həm də israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur.
Yuxarıda göstərilənlərə əsasən, Ermənistan Respublikası beynəlxalq hüquq, xalqların bərabərliyi, suverenlik və dinc yanaşı yaşama prinsiplərinə sadiqliyini bir daha təsdiq edir və Fələstin Dövlətini tanıyır”, - bəyanatda deyilir.
Mayın 22-də Aİ-nin üç üzvü - Norveç, İrlandiya və İspaniya Fələstini müstəqil dövlət kimi tanıdıqlarını elan ediblər. İsrail məsləhətləşmələr üçün hər üç ölkədən səfirlərini geri çağırıb və baş nazir Benyamin Netanyahu Fələstinin tanınmasını terrorizmin mükafatı adlandırıb. Deputatlar dəstəkləməsələr də, Fələstinin tanınması məsələsi Danimarka parlamentində də müzakirə olunub.