Ermənistan mətbuatı sərhədyanı Ciliza kəndinin Gürcüstana verilməsi barədə yazır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir Nikol Paşinyan hökumətini tənqid edən bəzi erməni KİV-ləri artıq bir neçə həftədir ki, Gürcüstan-Ermənistan sərhədində yerləşən Ciliza kəndinin Gürcüstana verilməsi ilə bağlı xəbərlər yayırlar. Bu mövzu Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidzenin İrəvana səfərindən sonra da aktivləşib.

“Ölkə Xəbərləri” nəşri (Yerkir.am) fevralın 26-da məqalə dərc edib və yazıb ki, “son vaxtlar Ermənistan və Gürcüstan arasında yüksək səviyyəli təmaslar zamanı Paşinyan demarkasiya işlərini Gürcüstanla da aktivləşdirib və bəzi əraziləri Gürcüstana verib. Xüsusilə, Ermənistan-Gürcüstan sərhədində yerləşən Ciliza (Ermənistan Respublikasının Lore bölgəsinin Alaverdi rayonu) kəndinin ətraf əraziləri nəzərdə tutulur”.

Bu məsələ ilə bağlı martın 5-də Alaverdi televiziyası da veriliş hazırlayıb. “Ankyun+3”ün məlumatına görə, Cilizə kənd sakini Albert Lalayan on gün əvvəl evinin və kənar tikililərin Gürcüstan ərazisinə köçürüldüyünü öyrənib.

“Son vaxtlar “Yandex” axtarış sistemi evimin yerini Gürcüstan ərazisində göstərir. Fevralın 26-na kimi “Yandex”lə evim Ermənistan ərazisində idi. Əvvəllər meşənin bir hissəsini Gürcüstana köçürdülər, indi mənim evim də köçürülüb. Əgər səsimi çıxarmasam, deməli, razıyam”, - Lalayan proqramda deyir.

Onun sözlərinə görə, Marneuli bələdiyyəsinin Çanaxçı kəndi ilə həmsərhəd olan Cilizə kəndində əvvəllər 32 ailə yaşayırmış, indi isə cəmi üç ailə qalıb.

Ermənistan Xarici İşlər Nazirliyi Cilizanın Gürcüstana “verilməsini” təsdiqləmir. Agentlikdən “Yerkir.am”a yazılı şəkildə bildirilib ki, Ermənistan və Gürcüstanın yüksək rütbəli nümayəndələrinin son təmasları zamanı ümumi fikir formalaşıb ki, Ermənistan və Gürcüstan arasında dövlətlərarası sərhədin delimitasiyası və demarkasiyası işlərini aktivləşdirmək lazımdır.

“Proseslə bağlı məlumat münasib bir vaxtda ictimaiyyətə təqdim olunacaq”, - Xarici İşlər Nazirliyinin 20 fevral tarixli açıqlamasında deyilir.

Ciliza kəndinin qubernatoru Mher Vardanyan bildirib ki, onun əlində yalnız media tərəfindən yayılan qeyri-rəsmi məlumat var.

“Gürcüstanın belə ambisiyaları olmasından söhbət getmirdi. İllərdir burada yaşayırıq, sərhədimizi haradır bilirik. Demarkasiya aparılsa, nə dəyişəcək, bilmirəm. Heç kim evini, torpağını tərk etməyəcək. Bu, Ermənistanın ərazisidir və belə də qalacaq”, - Vardanyan “Hraparak” qəzetinə müsahibəsində bildirib.

Martın 25-də İrəvanda Gürcüstan və Ermənistan baş nazirlərinin görüşü keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında Nikol Paşinyan bildirib ki, tərəflər iki ölkə arasında sərhədin delimitasiyası prosesinin aktivləşdirilməsi imkanlarını müzakirə ediblər.

Gürcüstanın Ermənistanla sərhədinin uzunluğu 224 kilometrdir və onun bir hissəsi razılaşdırılmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur