Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda iyulun ortalarında başlayan “Eagle Partner 2024” Amerika-Ermənistan birgə hərbi təlimlərinə münasibət bildirib. Zaxarovanın sözlərinə görə, İrəvan “NATO” ilə əməkdaşlığı artırır ki, bu da “sadəcə təəssüf doğurmur, həm də Ermənistanın gələcəyi üçün narahatlıq yaradır”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının vəzifəsi göz qabağındadır və Cənubi Qafqaz dövlətlərinin ənənəvi tərəfdaşları və qonşuları olan Rusiya, İran, Türkiyənin maraqlarına zərər verərək regionda möhkəmlənməyə çalışmaqdan ibarətdir. Görünür, onlar bunu Ermənistan ərazisində də bacarırlar.
İrəvan “NATO” ilə əməkdaşlığı artırmağa üstünlük verir. Vaşinqtonda keçirilən ittifaq sammitinə qatıldı, ortaq hərbi manevrlər etdi. Bunun bariz nümunəsi hazırda ölkədə keçirilən “Eagle Partner” Amerika-Ermənistan birgə təlimləridir. Bu, sadəcə təəssüf hissi doğurmur, həm də Ermənistanın gələcəyi ilə bağlı narahatlıq yaradır”, - Zaxarova bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, “məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə Ermənistan öz əlləri ilə Cənubi Qafqazda vəziyyətin onun öz təhlükəsizliyinin ziyanına ciddi şəkildə destabilizasiyası riski yaradır”.
İyulun 15-də Ermənistan və ABŞ “Eagle Partner 2024” birgə hərbi təlimlərinə başlayıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi sülh əməliyyatları çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, eləcə də erməni birləşmələrinin döyüş hazırlığıdır.
Qeyd olunan birgə hərbi təlimlər Ermənistanda bu il ikinci dəfədir keçirilir.“Eagle Partner” ötən ilin sentyabrında da keçirilib.
ABŞ Müdafiə Nazirliyi iyulun sonunda Gürcüstanda başlamalı olan “Layiqli Tərəfdaş 2024” (Noble Partner) hərbi təlimini qeyri-müəyyən müddətə təxirə salıb. Pentaqonun izahatına görə, “Qərar Gürcüstan hökumətinin ABŞ və digər Qərb qurumlarına qarşı Ukraynaya təzyiqləri azaltmaq üçün Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək, habelə hakim partiyaya qarşı iki çevriliş cəhdndə iştirak etmək barədə yalan ittihamları ilə bağlıdır”. “Layiqli Tərəfdaş” Gürcüstanda 2016-cı ildən bu yana keçirilirdi.