Gürcüstan və Ermənistanın Baş Nazirləri, İrakli Qaribaşvili və Nikol Paşinyan iki ölkə vətəndaşlarının bundan sonra sərhədi biometrik şəxsiyyət vəsiqələri ilə keçmələrinə imkan yaradacaq sənəd imzalayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, həqiqətən də ikitərəfli vizitlərin təşviqi baxımından çox vacibdir. Lakin, həmçinin müəyyən risklər də olacaq ki, bunları idarə etmək üçün gürcü partniyorumuzla birlikdə işləyəcəyik”. - deyə bildirib Paşinyan.
Ermənistan və Gürcüstan arasında hər iki ölkənin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi mövcuddur.
“Qonşu Gürcüstanla xüsusi münasibətlərin yaradılması bizim xarici siyasət prioritetimizdir. Bu, həmçinin hökumətin planında da öz əksini tapacaq. Eyni zamanda praktikada bütün müvafiq tərəfdaş qurumlar arasında müntəzəm kontaktlar, intensiv bağlar mövcuddur. Gürcüstan həm də vətəndaşlarımızın biznes və istirahət məqsədləri üçün olan sevimli yerlərindən biridir. 2019-cu ildə Gürcüstana 1 milyon 365 min vətəndaş səfər edib. Pandemiya zamanı geriləmə oldu və inanırıq ki, yaxın gələcəkdə dinamika bərpa olunacaq”, - bu barədə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan bildirib.
Gürcüstan Milli Turizm Agentliyinin verdiyi məlumata görə, 2021-ci ildə Ermənistandan Gürcüstana təxminən 562 min, 2019-cu ildə isə 1 milyon 365 min turist gəlib.
Gürcüstan Baş Naziri İrakli Qaribaşvili bu gün Ermənistan Respublikasında işgüzar səfərdədir. Səfər çərçivəsində Gürcüstan Respublikası və Ermənistan baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Həmçinin ikitərəfli, yüksək səviyyəli görüşlər də planlaşdırılır.