Dağlıq Qarabağdan Ermənistana 88 780 məcburi köçkün gəlib – bu, Ermənistan hökumətinin sentyabrın 29-u saat 10-a olan məlumatıdır. Sentyabrın 28-də səhər saatlarında bu rəqəm 66 min idi. Ermənistan KİV-lərinin məlumatına görə, Dağlıq Qarabağdan Ermənistana gedən yolda bir neçə kilometrlik tıxac yaranıb. Qarabağda ümumilikdə 120 min nəfər yaşayırdı.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Azərbaycanın sentyabrın 19-20-də həyata keçirdiyi hərbi əməliyyat nəticəsində öz suverenliyini bərpa etdiyini elan etdikdən sonra etnik ermənilər bölgəni tərk edirlər.
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 28-də hökumətin iclasında Qarabağ bölgəsində yaşayan erməni əhalisinin “etnik təmizləməyə” məruz qalması ilə bağlı bəyanatlarına cavab verib.
28 sentyabr 2023-cü il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
“Bu cür həyəcan təbili çalan fikirlər, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib.
Ermənistan rəhbərliyi, Azərbaycanın mərkəzi hökumət institutlarının operativ şəkildə Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün zəruri humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə və təcili ehtiyaclarının ödənilməsinə başladığını nəzərdən qaçırır.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə,
biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq", - Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Reuters” agentliyi “ali diplomat”a istinadən xəbər verir ki, Azərbaycan hökumətində müxtəlif cinayətlərdə ittiham olunaraq həbs etmək istədiyi Dağlıq Qarabağda yaşayan 200-ə yaxın adamın siyahısı var.
Sentyabrın 27-də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları müstəqilliyi tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri, milyarder, “Avrora” humanitar təşəbbüsünün yaradıcısı Ruben Vardanyanı Ermənistanla birləşdirici Laçın dəhlizi ilə Dağlıq Qarabağdan keçərkən həbs ediblər. Vardanyan Bakıya aparılıb və ona qarşı üç ağır ittiham irəli sürülüb - terrorçuluğu maliyyələşdirmək, qanunsuz silahlı birləşmə yaratmaq və onun fəaliyyətində iştirak etmək, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmək.
Qarabağın de-fakto prezidentinin müşaviri, keçmiş xarici işlər naziri Davit Babayan bildirib ki, o, Azərbaycanın qara siyahısına düşüb və Azərbaycan tərəfi onun istintaq üçün Bakıya gəlməsini xahiş edib və o, bununla razılaşıb.
Sentyabrın 25-də Dağlıq Qarabağın Stepanakert (Xankəndi) - Əsgəran avtomobil yolunda yerləşən yanacaq anbarında baş vermiş partlayış zonasında ümumilikdə 170 cəsəd və cəsəd parçaları tapılıb. 290 nəfər yaralanıb.
Sentyabrın 28-də tanınmamış respublikanın prezidenti Samvel Şahramanyan sərəncam imzalayıb, ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və təşkilatları” buraxılacaq və “Dağlıq Qarabağ Respublikası” (Artsax) mövcudluğunu dayandıracaq. Sərəncamın ikinci bəndinə əsasən, Qarabağ əhalisi, o cümlədən hazırda onun hüdudlarından kənarda olanlar Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalı, Qarabağda qalmaq və ya qayıtmaq barədə müstəqil və fərdi qaydada qərar verməlidirlər.