“Xarici agentlər” haqqında rus qanunu Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına maneədir. Bu barədə Estoniyanın Gürcüstandakı səfiri Riina Kaliurand bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir il əvvəl bu qanun parlamentdə görünəndə biz bunun nəticələrinin olacağını açıqladıq, çünki bu qanun Aİ standartlarına, bizim dəyərlərimizə və demokratik cəmiyyətə uyğun gəlmir, çünki o, cəmiyyətin çox böyük hissəsini şeytanlaşdırır və damğalayır. Məhz buna görə, biz xəbərdarlıq etdik ki, məsələ həqiqətən QHT-lərin maliyyələşdirilməsidirsə, başqa vasitələrdən istifadə etmək olar. Bir il əvvəl bu qanun geri götürüldü. Təəssüf ki, onu geri qaytarmayacaqlarına dair söz versələr də, geri qaytardılar. Mesajımız çox aydın idi, əgər bu qanun qəbul olunarsa, biz Gürcüstanla adi fəaliyyətimizi davam etdirə bilməyəcəyimizi deik, çünki bu, sizə tövsiyə etdiyimiz hər şeyə qarşı qəsdən atılan addımdır”, - Kaliurand “İnterpresnyus”a müsahibədə bildirib.
Diplomatın sözlərinə görə, iş təkcə rus qanunu ilə bağlı deyil, Avropa İttifaqının dəyər sisteminə zidd olan başqa qanunlar da var.
“Gürcüstan çox uzun müddət Avropa İttifaqının gözləmə zalında qala bilər. Düşünürəm ki, biz əlimizdən gələni etdik. Biz bütün arqumentləri Gürcüstan hökumətinə və parlamentinə təqdim etdik, hətta onlar qanuni arqumentlər eşitmədiklərini desələr də. Düşünürəm ki, biz çoxlu arqumentlər gətirdik. Biz onlara digər cəmiyyətlərdə bu problemlərlə necə məşğul olduğumuz barədə qeydlər də təqdim etdik.
Məsələn, Estoniyada da bir çox qeyri-hökumət təşkilatları var. Bir çox qeyri-hökumət təşkilatları digər ölkələrdən, Aİ ölkələrindən maliyyələşir. Qorxmuruq ki, demokratiyamızı sarsıdacaqlar.
Vətəndaş cəmiyyətinin rolu hökumətin və parlamentin fəaliyyətinə tənqidi yanaşmaqdan, kritik məsələlər qaldırmaqdan ibarətdir. Əgər siz konsolidasiya edilmiş və güclü demokratiyasınızsa və ədalətli şəkildə seçilmiş hökumət və parlamentə sahibsinizsə, vətəndaş cəmiyyətinin legitimliyinizi hər hansı şəkildə sarsıtmasından narahat olmaq lazım deyil. Hər iki tərəfdə sərt danışıq ola bilər, lakin bunun öhdəsindən repressiv vasitələrdən yox, fərqli vasitələrlə gəlmək lazımdır. Cəzadan söhbət getməməlidir. Bu damğaamaq olmamalıdır, biz burada bunu görürük”, - səfir bildirib.
Riina Kaliurandın sözlərinə görə, Gürcüstan hakimiyyəti Avropa İttifaqına yaxınlaşdıqlarını deyir, lakin onların hərəkətləri bunu təsdiqləmir.
“Sən gəlib deyə bilməzsən ki, kluba üzv olmaq istəyirəm, amma mənim öz qaydalarım var. Bu belə işləmir. Təəssüf ki, bəzi hadisələr ictimaiyyət üçün də kifayət qədər ağrılı ola bilər. Heç kim cəmiyyəti cəzalandırmaq istəmir, amma göstərməliyik ki, bu, oyun qaydalarına əməl etməməyin nəticəsidir. Avropa İttifaqına üzv olmaq istəyən gürcü xalqı əhalinin 85%-ni təşkil edir, Gürcüstan hökuməti bu insanların istəklərini yerinə yetirmək və qaydalarla oynamaq öhdəliyi daşıyır.
Aİ qaydalar toplusudur, həyat tərzidir, xeyriyyəçilik təşkilatı deyil. Əgər bu həyat tərzi və bu dəyərlər hər hansı səbəbdən qəbuledilməzdirsə, Aİ-nin də bu imtiyazlı münasibəti dəyişmək hüququ var.
Bunun insanlarla heç bir əlaqəsi yoxdur, lakin, insanlar zərər görəcəklər. Ancaq sonra, nəhayət, insanların seçimi olacaq. Qarşıdan seçkilər gəlir və bu gürcü xalqından asılıdır. Vizasız rejimin dayandırılması heç vaxt həyata keçirilməməlidir, lakin bu, real vasitədir”, - Estoniya səfiri bildirib.
Bu yaxınlarda Estoniya parlamenti “Gürcüstanda demokratiya böhranı haqqında” bəyanat qəbul edib, ona əsasən, “xarici təsirin şəffaflığı haqqında” qanun ləğv olunana qədər Estoniya Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı bütün sonrakı prosesləri əngəlləməlidir. Riiqikoqu hesab edir ki, Estoniyanın Gürcüstan üçün vizasız rejimin dayandırılmasını dəstəkləməsi zəruridir. Bəyanatda həmçinin bildirilir ki, Estoniya Avropa İttifaqı Şurasına “Gürcü Arzusu”nun fəxri sədri, Bidzina İvanişviliyə, hökumət üzvlərinə, Gürcüstan parlamentinin və “Gürcü Arzusu” partiyasının rəhbərlərinə, eləcə də hakim partiyanın parlament fraksiyasının üzvlərinə sanksiya tətbiq edilməsini təklif etməlidir. Sanksiyalar həm də onların Avropa İttifaqına girişinə qadağa qoyulmasını da nəzərdə tutur. Əgər bu təklif Avropa İttifaqı Şurasında dəstək qazanmazsa, Parlament Estoniyadan yuxarıda sadalanan şəxslərə sanksiya, o cümlədən onların Estoniyaya girişinə qadağa qoyulmasını istəyir.