Tbilisi Şəhər Məhkəməsi prokurorluğun öhdəliyinə 2011-ci ildə casusluqda təqsirli bilinən fotoqrafların xeyrinə mənəvi ziyan təzminatı ödəməyi qoyub. Fotoqraflardan biri Natia Qedenidzenin sözlərinə görə, məhkəmə onların vəsatətini aprelin 27-də təmin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rəqəmlərin əhəmiyyəti yoxdur. Burada əhəmiyyətli olan odur ki, bu, Gürcüstan məhkəmə prosesləri tarixində ilk presedentdir. Belə bir mexanizm yox idi və mənəvi ziyan üçün təzminat ödənilməmişdi, xüsusilə də bizə qarşı qaldırılan maddə ilə. Biz həmişə ədalətin qalib gələcəyinə inanırdıq”, - Qedenidze bu gün keçirilən mətbuat konfransında deyib.
“Biz, 26 may aksiyasının dağıdılmasını əks etdirən fotolar çəkdik. Məhkəmə prosesləri zamanı müəyyən olundu ki, mayın 26-sı əvvəlki hakimiyyətin bizi cəzalandırmasının, casus damğası vurmasının əsas səbəbi olub. Bizi ən ağır maddə ilə Qldani həbsxanasına göndərdilər, burada hər an təzyiqlərə, fiziki və psixoloji zorakılığa məruz qaldıq, ki bu da sifariş əsasında həyata keçirildi.
O vaxtkı hakimiyyətin bütün yüksək vəzifəli məmurları bu işdən xəbərdar idilər və indiyə qədər heç birinin bizimlə bağlı verilən bu qanunsuz sərəncamı etiraf etməyə kişiliyi və insanlığı çatmadı. Saakaşvili, Merabişvili və Adeişvili bizim taleyimizi bilavasitə həll edirdilər, onların heç biri öz günahını boynuna almayıb. Bu uydurma ittiham idi. Bizə etirafı məcburən, ailəmizin məhv edilməsi hədəsi, təhqiri ilə etdirdilər”, - Qiorqi Abdaladze bildirib.
2011-ci il iyulun 7-də Gürcüstan Daxili İşlər Nazirliyinin əks-kəşfiyyat idarəsinin əməkdaşları “EPA” press-foto agentliyinin fotomüxbiri Zurab Kurtsikidzeni, Xarici İşlər Nazirliyinin fotoqrafı Qiorqi Abdaladzeni, Prezident administrasiyasının fotoqrafı İrakli Qedenidze və onun həyat yoldaşı “Prime-Time” qəzetinin fotoredaktoru Natia Qedenidzeni casusluq ittihamı ilə həbs ediblər. Mətbuatın bir hissəsi və hüquq müdafiə təşkilatları fotoqrafların həbsinə etiraz edirdilər.
İyulun 22-də Şəhər Məhkəməsinin hakimi Zviad Esebua dörd müttəhimin hamısını casusluqda təqsirli bilib, lakin etiraf razılaşması əsasında onları sərbəst buraxıb. Təqsirləndirən hökmə əsasən, Natia Qedenidze 1 il 6 ay şərti, Zurab Kurtsikidze 3 il, Qiorqi Abdaladze və İrakli Qedenidze hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hakimiyyət dəyişikliyindən sonra yenidən istintaq aparılıb və fotoqrafların cinayət törətməsi istisna edilib. Prokurorluğun məlumatına görə, istintaq müəyyən edib ki, Qiorqi Abdaladze, Zurab Kurtsikidze və İrakli Qedenidze 2011-ci il mayın 26-da Rustaveli prospektində hökumət əleyhinə etiraz aksiyası zamanı etirazçıların dağıdılması və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq güc tətbiqi faktlarını fəal şəkildə işıqlandırıblar. Onların tərəfindən çəkilən fotolar dünyanın aparıcı mətbuat agentliklərində böyük rezonans doğurub və bu, hökumətin reytinqinə mənfi təsir edib. İş materiallarına əsasən, fotoqrafları etiraf etməyə məcbur ediblər. Evlərində axtarış aparılarkən ər və arvad Qedenidzeyə kompüterlərindən qanunsuz yolla əldə edilmiş fotoşəkil göstərilib və etiraf etmədikləri təqdirdə onu yayacaqları ilə hədələyiblər.
2018-ci ildə Apellyasiya Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları qəbul edib və məhkum edilmiş fotoqraflara tam bəraət verib.
“Fotoqraflar” işi üzrə şəhər məhkəməsi əks-kəşfiyyatın keçmiş yüksək rütbəli məmuru Davit Devnozaşvilini 4 il 6 ay, 8 saylı həbsxananın keçmiş direktoru, “Kilera” ləqəbli Aleksandre Muxadzeni də vəzifə səlahiyyətlərini aşmağa görə 1 il 6 aya qədər cəzalandırıb. Muxadze hələ də axtarışdadır.