“Bu əməliyyatın arxasında duran şəxslərin öz şəxsiyyətlərini və koordinasiyalarını gizlətməyə cəhd etmələrinə baxmayaraq, araşdırmamız onları Gürcüstan hökumətinin Strateji Kommunikasiyalar Departamenti ilə əlaqələrini aşkar edib”, - “Facebook” və “Instagram” sahibi “Meta” şirkəti bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Meta” tərəfindən bu gün dərc olunan hesabat bu ilin birinci rübünü əhatə edir və ABŞ və Venesuela, İran, Çin, Gürcüstan, Burkina Faso və Toqo Respublikasındakı gizli təsir əməliyyatlarını əhatə edir.
“Meta” 80 “Facebook” hesabını, 26 səhifəni, 9 qrupu və iki “Instagram” hesabını Gürcüstanda koordinasiya edilmiş qeyri-müəyyən davranışlara qarşı siyasəti pozduğuna görə ləğv edib.
“Gürcüstanda yaradılan bu şəbəkə “Facebook”, “Instagram” və “TikTok” da daxil olmaqla bir çox tətbiqləri hədəf alıb. O, ölkənin daxili auditoriyasına yönəlib.
Bu fəaliyyətin arxasında duran insanlar saxta hesablar, uydurma şəxsiyyətlər yaratmaq, qrupları və səhifələri idarə etmək, daha populyar görünmək, öz məzmunlarının bəyənilməsi və şərh edilməsi üçün saxta hesablardan istifadə edirdilər.
Bu səhifələr və qruplar özlərini yerli, müstəqil, hökumətyönlü qruplar kimi göstərdilər. Şəbəkə 24 saat ərzində fəaliyyət göstərərək, Gürcüstanın hazırkı hökumətini dəstəkləyən məzmunu, o cümlədən rəsmi hökumət səhifələrindən məzmunu və hökumətyönümlü media reportajlarını paylaşırdı.
Onlar, həmçinin müxalifətin ünvanına tənqidi fikirlər paylaşırdılar, xüsusən də artıq geri götürülmüş eyni adlı “xarici agentlər”lə bağlı qanunvericilik təklifi ilə əlaqədar son ictimai etirazlar zamanı.
Faktiki olaraq, bu əməliyyat etiraz hadisələrinə gecə də daxil olmaqla, real vaxt rejimində e cavab verirdi. Bu şəbəkənin arxasında duran şəxslər əsasən gürcü dilində məqalələr və şərhlər dərc ediblər”, - hesabatda deyilir.
Meta bu fəaliyyəti bölgədə şübhəli kordinasiya edilmiş qeyri-adi davranışlara dair daxili araşdırma vasitəsilə aşkar edib. “Facebook” və “Instagram”da reklam yazılarına təxminən 33500 dollar xərclənib.
“Koordinasiya edilmiş qeyri-adi davranış” termini strateji (o cümlədən siyasi) məqsədlərə nail olmaq üçün sosial media platformalarından istifadə edərək, ictimai debatlarla manipulyasiya etmək cəhdini təsvir edir. Belə əməliyyatda əsas rolu saxta hesablar və səhifələr oynayır.
Bu, Gürcüstanda koordinasiya edilmiş qeyri-adi davranışın aşkarlandığı ilk hal deyil. 2020-ci ildə ləğv edilən yüzlərlə belə hesablar arasında “Facebook” və “Instagram”da Koka Kandiaşvilinin “ეSპერსონა”sı ilə bağlı 700-dən çox səhifə və qrup var. Daha əvvəl 2019-cu ilində “Facebook” 39 hesabı, 344 səhifəni, 13 qrupu və 22 “Instagram” hesabını dayandırmışdı. Bu qruplar özlərini xəbər agentlikləri, siyasi partiyalar, fəal qruplar və ictimai xadimlər kimi mövqeləndirdilər. Onların yazıları əsasən seçkilər, hökumət siyasəti, dövlət qulluqçuları, müxalifətin və yerli fəalların tənqidi olub. O zaman Facebook-un istintaq qrupu bu fəaliyyəti “Panda” reklam şirkəti və “Gürcü Arzusu” hökuməti ilə əlaqələndirmişdi.