“Biz gələcək nəsil üçün düzgün istiqamətlər müəyyən etməliyik. Gənclərimizdə ümumi vətənpərvərlik ruhunun artırılması vacibdir, bunun üçün daha çox məlumat lazımdır, biz gənclərimizə fərqi göstərməliyik. İnanıram ki, təkcə ailənin deyil, həm də Təhsil Nazirliyinin, Ordunun, Kilsənin sizin tərbiyənizdə, sizin üçün düzgün istiqamətin müəyyən edilməsində rolu çox vacibdir”, - deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, “Ordu düşərgəsi”ndə iştirak edən şagirdlərlə görüş zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ğaribaşvilinin fikrincə, “düzgün dəyərlərin, ailə dəyərlərinin təbliği” uşaq bağçalarından və məktəblərdən başlamalıdır.
“İndiki dünyada və təbiidir ki, Gürcüstan bu qloballaşmanın bir hissəsidir, gənclərimizi yoldan azdıracq bir çox şey var, buna görə də gənclərin əvvəldən düzgün istiqamət müəyyən etmələri lazımdır. Təbii ki, bu prosesdə dövlətimizin rolu olduqca əhəmiyyətlidir.
Təbii ki, əvvəlcə ailə, sonra isə dövlət. Siz məktəbə vaxtınızın böyük hissəsini ayırdığınız üçün, əlbəttə ki, Təhsil Nazirliyinin iştirakı və rolu da olduqca əhəmiyyətlidir”, - Ğaribaşvili bildirib.
“Ordu düşərgəsi”nin iştirakçıları ilə görüşdə iştirak edən Təhsil və Elm Naziri Qiorqi Amilaxvari bildirib ki, onlar artıq baş nazirin tapşırığına əsasən tədris planına yenidən baxılması üzərində işləyirlər.
“Nazirlik Gürcüstanın tarixi, kilsə tarixi kimi, vətənpərvərlik ruhunun mövcud olduğu, qəhrəmanlarımız haqqında hekayələrin olduğu sahələri aydın və yaxşı təqdim etmək üçün tədris planının yenidən işlənməsi və təkmilləşdirilməsi üzərində fəal şəkildə işləməyə başlayıb, çünki hesab edirik ki, bu, bizim hamımızın uşaqlarımızın olmasını istədiyimiz insanlar, vətənpərvərlər kimi formalaşdıran digər şeylərlə yanaşı mühüm başlanğıc və təməldir. Əminəm ki, bu uşaqlar və təkcə bu uşaqlar deyil, bu proqramda iştirak edən bir çox digər uşaqlar müvafiq ruhu əldə edəcəklər”, - deyə təhsil naziri Qiorqi Amilaxvari bildirib.
“Ordu düşərgəsi” layihəsi bu il ilk dəfə olaraq Müdafiə Nazirliyi, Təhsil və Elm Nazirliyi və Patriarxlıq tərəfindən həyata keçirilir. Məqsəd gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və müdafiə qüvvələrinin təbliğidir. İrakli Ğaribaşvilinin sözlərinə görə, düşərgədə 800 şagird iştirak edəcək: “Biz bu layihəni genişləndirməliyik. Bu il 800 şagird ilə başladıq, amma hesab edirəm ki, orduya bir neçə min şagird gətirməliyik”, - deyə baş nazir bildirib.