NATO-nun baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolominanın sözlərinə görə, Rusiyanın Oçamçirdəki elan etdiyi hərbi bazadan NATO-ya hücum edilərsə, alyans hərəkətə keçəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əlbəttə, biz hər dəfə Rusiyanın bizə yaxın olan məkanda öz nümayəndəliyini artırmaq cəhdini gördükdə bu, narahatlıq doğurur. Ancaq sizə dediyim kimi, Qara Dəniz bu gün artıq regional, strateji əhəmiyyətə malik məkan hesab olunur və o, NATO-nun hərbi planlarının tərkib hissəsidir. Buna uyğun olaraq, ehtiyac görsək, bizə hücum edilərsə və ya onun bizi təhdid etdiyini görsək, NATO-nun hərəkətə keçmək imkanı və iradəsi olacaq”, - Kolomina Birinci Kanala müsahibəsində bildirib.
“Biz dəfələrlə demişik ki, təəssüflər olsun ki, Gürcüstan işğal olunmuş ölkədir və işğal xəttindən kənarda baş verənlər yerdə effektiv nəzarəti həyata keçirən qüvvələrin məsuliyyətidir. Müvafiq olaraq, işğaldan kənarda baş verən hər hansı bir hərəkət bizim nəzarətimizdən kənardadır və təəssüf ki, bizim burada heç bir təsir rıçaqımız yoxdur”, - Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bildirib.
Gürcüstanın müdafiə naziri Juanşer Burçuladze də NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bəyanatını şərh edib: “Ümumiyyətlə, biz buna etiraz etmək üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edirik. NATO-ya qarşı təcavüzün hansı istiqamətdən ifadə olunmasının əhəmiyyəti yoxdur, təbii ki, hərəkətə keçmək NATO-nun öhdəliyidir. Biz bütün beynəlxalq mexanizmlərdən istifadə edərək bütün qanunsuz hərəkətlərə etiraz edirik”.
Oktyabrın 5-də işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində bildirib ki, o, Rusiya prezidenti ilə saziş imzalayıb və yaxın gələcəkdə Oçamçire rayonunda Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazası yerləşəcək.
“Bütün bunlar həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətinin artırılmasına yönəlib və belə qarşılıqlı fəaliyyət davam edəcək. Həmçinin bəzi şeylər var ki, danışa bilmirəm”, - Bjaniya bildirib.
Hazırda Rusiyanın Qara Dəniz donanması Krım yarımadasında, Sevastopolda yerləşir. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra sözügedən donanma dəfələrlə Ukrayna qüvvələri tərəfindən hədəfə alınıb. “Wall Street Journal”ın məlumatına görə, Ukraynanın hücumları səbəbindən Rusiya donanmasının əsas hissəsini bazadan çıxarıb. “Reuters”in məlumatına görə, Oçamçiredə Rusiya bazasının yerləşdirilməsi planı Rusiyanın Sevastopol üçün alternativ axtardığını və həmçinin Türkiyə yaxınlığında Qara Dəniz sahillərində hərbi mövcudluğunu genişləndirməyə çalışdığını göstərə bilər.