“Əgər Gürcüstan 2030-cu il üçün hazır olsa, bütün şərtləri yerinə yetirsə, mən hesab edirəm ki, Avropa İttifaqı da Gürcüstanı qəbul etməyə hazır olmalıdır”, - Avropa Qonşuluq Siyasəti və Genişlənmə məslələri üzrə Avropa komissarı Oliver Varhey bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının iclasından sonra keçirilən mətbuat konfransında gürcü jurnalist Aİ-nin genişlənməsinin mümkünlüyü və bununla bağlı qeyd olunan tarix – 2030-cu illə bağlı sual verib. Varheyin dediyi kimi, bu fürsət indi özü yaranır və genişlənmənin nə vaxt baş verəcəyini söyləmək hələ tezdir.
“Ancaq aydın olan odur ki, biz öz tərəfimizdən, komissiya tərəfindən üzv və namizəd ölkələrin hazır olması üçün əlimizdən gələni edirik. Əgər 2030-cu ildə hazır olsalar, onda bu, 2030-cu ildə baş verəcək. Əgər onlar daha tez hazır olsalar, daha tez baş verəcək.
Avropa Birliyinə üzv olmaq üçün aydın şərtlər var və yalnız bu şərtləri yerinə yetirdikdən sonra Avropa Birliyinə üzv ola bilərsiniz. Əgər Gürcüstan 2030-cu ilə qədər hazır olsa, o, bütün şərtləri yerinə yetirəcək, məncə, Avropa İttifaqı da 2030-cu ilə qədər Gürcüstanı qəbul etməyə hazır olmalıdır, çünki bunun ikitərəfli yol olduğunu düşünürəm”, - Varhey bildirib.
Oliver Varheyin qapının Gürcüstan üçün açıq olması ilə bağlı bəyanatı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borel də razılaşıb.
“Hər kəs bilməlidir ki, qapı açılıb. İndi o qapıdan keçməlisiniz və qapıdan keçmək hərkəsə məlum olan mənaya gəlir: bu, ləyaqətə əsaslanan prosesdir, şərtlər yerinə yetirilməlidir, islahatlar aparılmalıdır. Daha çox bir şey tələb edilmir. Pişiyin beşinci ayağını axtarmayın. Qapı açıqdır və biz hamı üçün qoyulan tələbləri yerinə yetirməkdən danışırıq”, - deyə Cozef Borel bildirib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, hökumətin ölkənin Avropaya inteqrasiyası ilə bağlı iddialı planları var və 2030-cu ildə Gürcüstan Aİ-yə üzv olmağa hər hansı digər namizəd ölkədən daha çox hazır olacaq.
“Bu, bizim ambisiyamızdır. Biz bu gündəliyə, Avropaya inteqrasiya üçün atılacaq addımlara sadiqik. Bizim böyük ümidimiz var ki, Gürcüstan ən azı 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olacaq”, - baş nazir bildirib.
Gürcüstan Avropa Birliyinə namizəd ölkə statusunu 2023-cü ilin dekabrında ölkənin 9 istiqamətdə addım atacağı qeyd-şərtilə əldə edib.
Avropa İttifaqı Gürcüstandan onun dəyərlərinə qarşı dezinformasiyaya, xarici informasiya manipulyasiyasına və müdaxiləyə qarşı mübarizə aparmağı; Gürcüstanın xarici siyasətinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun təkmilləşdirilməsini; siyasi qütbləşməyə qarşı mübarizəni; xüsusilə 2024-cü ildə azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsini; parlament nəzarətinin təkmilləşdirilməsi; məhkəmə islahatlarını; Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, Xüsusi İstintaq Xidmətinin və Fərdi Məlumatların Mühafizəsi Xidmətinin fəaliyyətinin səmərəliliyinin, müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsini; deoliqarxizasiya üzrə mövcud fəaliyyət planının təkmilləşdirilməsini; insan hüquqlarının müdafiəsi standartlarının təkmilləşdirilməsini tələb edir.
Üzvlük danışıqlarının başlanması mərhələsinə keçmək üçün şərtlərin yerinə yetirilməsi lazımdır.