Baş nazir İrakli Ğaribaşvili Çinin Gürcüstandakı səfiri Çou Tsien ilə görüşüb. Hökumət administrasiyasının məlumatına görə, görüşdə Ğaribaşvili Fransa telekanalına müsahibəsində Salome Zurabişvilinin Çin prezidenti ilə bağlı səsləndirdiyi bəyanatdan təəssüfləndiyini bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
- “Ürəyinizdə Putinin, həmçinin Si Cinpinin nə vaxtsa mühakimə olunacağına ümid edirsiniz?" Bu, çox uzaq perspektivdə görünür, Si Cinpin, uyğurların soyqırımına görə, Vladimir Putini təkcə hərbi cinayətlərdə deyil, insanlığa qarşı cinayətlərdə ittiham edirlər. Sizin şəxsi istəyinizdir ki, bu iki nəfər mühakimə olunsun, Putin, əlbəttə ki, ilk növbədə ona görə ki, bu, sizə daha çox toxunur”, - LCI telekanalının jurnalisti prezidentə müraciət edib.
- “Mən daxili inamımla inanıram ki, bu, müəyyən məsələləri öz yerinə qoyacaq tarixi bir nəticə olacaq. Məndən soruşursunuzsa ki, bu realistdir, ya deyil? Deyil.
- Niyə?
“Biz Alisanın (möcüzələr) dünyasında deyil də, bunun baş vermədiyi real dünyada yaşadığımıza görə”, - Zurabişvili bildirib.
Çin Xalq Respublikasının səfiri ilə görüşdə Ğaribaşvili qeyd edib ki, belə bir bəyanat qəti şəkildə qəbuledilməzdir, narahatedicidir və hətta Gürcüstan hökumətinin Çin dövlətinə və onun rəhbərinə münasibətini formal olaraq belə ifadə etmir.
“Sözügedən ritorika Gürcüstan hökumətinin və gürcü xalqının Çinə münasibətinə ziddir və iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq ruhuna uyğun gəlmir və iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinə xələl gətirir”, - Baş nazirin sözlərinə görə, təəssüf ki, bu, birinci dəfə deyil ki, “Gürcüstan Konstitusiyanı pozaraq və dövlət maraqlarına xələl gətirərək, prezident ayrı-ayrı fəaliyyətlər həyata keçirir və beynəlxalq məsələlərlə bağlı öz qiymətləndirmələrini verir ki, bu da hökümətin mövqeyi ilə üst-üstə düşmür və bu da Gürcüstanın beynəlxalq imicini biabırçı vəziyyətə salır.
Baş nazir “prezidentin qeyd olunan bəyanatı Gürcüstan və Çin arasında münasibətlərin son dərəcə müsbət tarixi dinamikasına təsir etməyəcək, zədələnməyəcəyini” ümid etdiyini bildirib.
2023-cü ilin iyulunda Çində olan İrakli Ğaribaşvili və Çin Xalq Respublikasının sədri strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.
Uyğurlar türkdilli xalqdır və hazırda əksəriyyəti Çinin Sincan vilayətində yaşayır. 1940-cı illərdə uyğurların öz dövlətləri var idi. ABŞ, Kanada və Hollandiya, İngiltərə Çini müsəlman uyğurların soyqırımında ittiham edir.