Gürcüstanın baş naziri İrakli Ğaribaşvili mühafizəkarların may ayında Budapeştdə keçirilməsi planlaşdırılan beynəlxalq konfransına məruzəçi kimi dəvət olunub. Konfransda əsas məruzəçi Macarıstanın Baş naziri Viktor Orbandır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Amerikanın “Mühafizəkar Siyasi Fəaliyyət Koalisiyası” (CPAC) təşkilatı və Macarıstanda yerləşən tədqiqat institutu - “Fundamental Hüquqlar Mərkəzi”nin (Alapjogokért Központ) təşkilatçılığı ilə keçirilən tədbirə Macarıstan bu il üst-üstə ikinci dəfə ev sahibliyi edir. Builki konfransın şüarı “Birlikdə daha güclüyük”dür. Təşkilatçıların bəyanatına əsasən, o, “liberalların kabusuna: milli güclərin beynəlxalq yaxınlaşmasına” diqqət yetirəcək.
Macarıstan təşkilatı Gürcüstanın baş naziri haqqında yazır: “Onun fikrincə, Gürcüstan xristianlığa əsaslanan unikal dəyərlərə malik mühafizəkar cəmiyyətdir. Gürcüstanda da gender təbliğatına etibar edilmir, lakin Ğaribaşvili hesab edir ki, fəallar və siyasətçilər çoxluğun iradəsinə hörmət etməyə borcludurlar və gürcülərin böyük əksəriyyəti təbliğat xarakterli, nümayişkaranə LGBTQ hərəkatının əleyhinədir”.
“Associated Press” nəşriyyatının məqaləsində qeyd olunur ki, 4-5 may tarixlərində keçirilən konfrans, keçən il keçirilən ilk tədbir kimi, Orbanın Avropada geniş şəkildə təcrid olunmuş avtokratik hökuməti ilə Amerikanın sağçı qanadı arasında dərinləşən əlaqələri əks etdirir. “Associated Press” yazır ki, Viktor Orbanın “qeyri-liberal demokratiya” adlandırdığı Macarıstan mediası və demokratik institutları üzərində nəzarəti bərqərar etməsi Avropa İttifaqının mənfi reaksiyasına səbəb olub. “Bununla belə, Orban immiqrasiya və LGBTQ məsələlərində sərt mövqeyi və liberal plüralizmi rədd etməsi ilə Amerika sağçılarının müəyyən hissəsinin heyranlığını qazanıb. Keçən il CPAC konfransının açılışında Orban Macarıstanı “mühafizəkar xristian dəyərlərinin Avropadaki qalası” adlandırıb və amerikalı mühafizəkarları onun Macarıstanda etdiyi kimi “ictimai həyatda mütərəqqi liberalların üstünlüyünü” dəf etməyə çağırıb”, - “Associated Press” yazır.
Viktor Orban 2010-cu ildən Macarıstanın baş naziridir. İlk dəfə 1998-2002-ci illərdə hökumətin başçısı olub.
2022-ci ilin payızında İrakli Ğaribaşvili Macarıstana səfəri zamanı bildirmişdi ki, Orban hökuməti öz xalqının mənafeyi naminə bir çox uğurlu islahatlar həyata keçirib və Gürcüstan onların bir çoxunu bölüşüb. "Biz müxtəlif istiqamətlərdə daha çox yaxın olmaq istəyirik”, - Ğaribaşvili Orbana deyib.