Daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, Gürcüstanın Almaniya-Fransa şirkəti “Airbus Helicopters”dən aldığı 3 helikopterlə belə gecə vaxtı xilasetmə əməliyyatları aparmaq mümkün olmayacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, yeni uçuş aparatıdır, daha rahatdır, amma deyilənlər ki, guya bu helikopterə sahib olsaydıq, orada [Şovidə] hamını xilas edərdik və belə olmazdı, yalandır. İstəyirsinizsə, bu işdə peşəkar və mütəxəssis olanları gətirib sizə izah edə bilərəm. Mən sizə onların dediyini deyirəm.
Gecə bu helikopter də uça bilməyəcək, bunu bilin. O, bizim mövcud helikopterlər nə bacarırdısa eynisini bacarır - Batumi hava limanından qalxıb Tbilisi hava limanına enmək, əgər uçuş zonasında tufan və ya şimşək yoxdursa. Bu yeni helikopterdə də eyni problemlər var. Yəni bu helikopterin indi gecə uçması, vadiyə uçması, yerə enməsi və kimisə götürməsi, bu problem bunda da var. Bütün helikopterlərdə bu problem var.
Elə hərbi helikopterlər var ki, müharibə zamanı riskə gedirlər və tədbirlər keçirirlər. Gecələr vadidə, xüsusən də yüksək gərginlikli xətlərin keçdiyi yerlərdə helikopterdən istifadə etmək olmaz. Deyə bilərsiniz ki, xəritələr var, amma heç kim ağacları xəritələyə bilməz. Kazbeqidə baş verənlər gündüz baş verdi, amma insanlar həlak oldu. Üstəlik gecə ən böyük problemdir. Bəlkə bu [məlumat] yayılmadı, amma Borjomi-Xaraqauli istiqamətində yanğınlar olanda yanğın səbəti təsadüfən ağaca dəydi və biz şans əsəri sağ qaldıq. Bu, gecə deyil, gündüz baş verdi. Necə təsəvvür edirsiniz, Raçada gecə 20 uşağı götürsək və helikopter qəzaya uğrasa nə olardı? Xilasedicilərin çəxardığı uşaqları helikopterə mindirmək əmrini kimin verdiyini soruşardınız, elə?”, – Vaxtanq Qomelauri martın 20-də parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı deyib.
Ötən həftə Daxili İşlər Nazirliyinin sərhəd polisi “Airbus Helicopters” şirkətindən müasir, yeni, Avropa tipli H145 helikopteri verilib. 2022-ci il dekabrın 19-da imzalanmış müqaviləyə əsasən, "Airbus Helicopters" Gürcüstan tərəfinə ümumi dəyəri 26 milyon 500 min avro olan üç helikopter təhvil verməlidir.
“İmzalanmış saziş çərçivəsində “Airbus Helicopters” şirkəti ilə aparılan danışıqlar əsasında helikopterlərin təhvil verilməsi müddətləri qısaldılıb. Növbəti iki göyərtənin yaxın vaxtlarda Gürcüstan tərəfinə çatdırılması planlaşdırılır. O, polis, nəqliyyat, axtarış və xilasetmə funksiyalarını yerinə yetirə bilən çoxməqsədli helikopterdir. O, yanğınsöndürmə və xilasetmə avadanlığı ilə tam təchiz olunub. Yeni helikopter yüksək hündürlükdə işləmək və manevr etmək qabiliyyəti ilə seçilir ki, bu da Gürcüstanın dağlıq relyefi nəzərə alınmaqla, mövcud vəzifələrə tam uyğundur”, - Vaxtanq Qomelauri bu gün bildirib.
İndiyədək Gürcüstanda heç bir xilasedici helikopter yox idi. Fövqəladə hallarda sərhəd polisinin sovet istehsalı olan “Mi 8” helikopterlərindən istifadə edilir. 29 iyul 2022-ci ildə Qudauridə xilasetmə əməliyyatı zamanı Mi 8 helikopteri qəzaya uğrayaraq partlayıb. Təyyarədə olan 8 nəfərin hamısı - 4 ekipaj üzvü, 2 xilasedici və 2 həkim həlak olub. Hadisə şahidlərinin çəkdiyi videoda helikopterin “quyruq rotoru”nun zədələndiyi və bir neçə saniyə ərzində tamamilə sıradan çıxıb, idarəetməni itirdiyi görünür. Qəzadan sonra baş verən partlayış nəticəsində helikopter tamamilə yanıb. Hava nəqliyyatının istismarı qaydalarının pozulması faktı ilə bağlı araşdırma başlansa da, Daxili İşlər Nazirliyi araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat verməyib.
2023-cü il avqustun 3-də Şovi istirahət zonasında 33 nəfərin ölümü ilə nəticələnən təbii fəlakət zamanı xüsusi helikopter olmadığından xilasetmə işlərini həyata keçirmək mümkün olmayıb.