2023-cü ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azalaraq 15,3 faiz təşkil edib. Gürcüstanın Milli Statistika Xidmətinin hesabatına əsasən, işsizlərin sayı 248,6 min nəfər təşkil edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2023-cü ilin dördüncü rübündə muzdla işləyənlərin sayı əvvəlki illə müqayisədə 74,3 min nəfər (8,4%) artaraq 958,4 min nəfər, özünü işlə təmin edənlərin sayı isə 6,6 min nəfər (1,6%) azalaraq 413,8 nəfər olub.
IV rübdə 1372,7 min nəfər işlə təmin olunmuş, işçi qüvvəsi 1621,3 min nəfər tə.ğşkil etmişdir.
İşçi qüvvəsində iştirak əmsalı (15 və daha yuxarı yaşda olan əhalidə işçi qüvvəsinin payı) 1,7% artaraq 54,3%, işlə təmin olunma səviyyəsi isə 1,8% artaraq 46% təşkil edib.
Geostatın məlumatına görə, şəhər tipli qəsəbələrdə məşğulluq səviyyəsi 1,7%, kənd tipli qəsəbələrdə 1,8% artıb və müvafiq olaraq 47,5% və 43,9% təşkil edir.
Ötən ilin dördüncü rübündə muzdla işləyənlərin sayı ümumi işlə təmin olunananların 69,8 %-ni təşkil edib.
Geostatın hesabatında qeyd olunur ki, işsizlik ənənəvi olaraq kişilər arasında qadınlardan daha yüksəkdir. 2023-cü ilin dördüncü rübündə qeyd olunan rəqəm qadınlarda 13,5%, kişilərdə isə 16,8%olub.
İşçi qüvvəsində iştirak səviyyəsi qadınlara nisbətən kişilər arasında daha yüksək - qadınlar arasında 44,3%, kişilər arasında isə 65,9% təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlar arasında işçi qüvvəsində iştirak səviyyəsi 1,6 faiz, kişilər arasında isə 1,9 faiz artmışdır.
2023-cü ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlar arasında işlə təmin olunma səviyyəsi 1,5%, kişilər arasında isə 2,2 % artıb.