Duman və zəif görüş məsafəsi səbəbindən Tbilisi Beynəlxalq Hava Limanı ləngimələrlə işləyir. Bir neçə təyyarə enə bilməyib və onlar alternativ hava limanlarına - Kutaisi, Batumi və İrəvana yönləndirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Bu mərhələdə gecə saat 2-yə qədər görmə məsafəsinin 350 metr olacağı gözlənilir ki, bu da çox aşağıdır və bu səbəbdən aviaşirkətlər öz təyyarələrini alternativ hava limanlarına endirmək qərarına gəlirlər", - Tbilisi Beynəlxalq Hava Limanının nümayəndəsi Nino Tsivtsivadze bildirib.
Bu gün “Qatar Airlines”in Doha-Tbilisi və “Jazeera Airlines”ın Küveyt-Tbilisi reysi uğursuz olub. Hər iki təyyarə Yerevan Beynəlxalq Hava Limanına enib. “Azimut” aviaşirkətinin Moskva-Tbilisi reysi Kutaisi hava limanına enib. “Fly Dubai” və “Air Arabia”nın reysləri də alternativ hava limanlarına yönəldilib.
“Pegasus” və “Türk Hava Yolları” Tbilisi hava limanına olan İstanbul-Tbilisi reyslərini ləğv ediblər.
Dekabrın 10-dək Tbilisidə arabir yağış yağacağı gözlənilir. Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, havanın temperaturu gün ərzində +10, +12 dərəcə olacaq.