75 yaşındaki əfsanəvi gürcü güləşçi Levan Tediaşvili uzun müddətli xəstəlikdən sonra vəfat edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Levan Tediaşvili 1948-ci ilin martın 15-də Saqarecoda anadan olub. Sərbəst güləşdə o, iki dəfə - 1972-ci ildə Münhendə və 1976-cı ildə Monrealda Olimpiya çempionu olub. O, beşqat dünya çempionu idi - dörd dəfə sərbəst güləş üzrə (1971, 1973, 1974 və 1975), bir dəfə isə sambo üzrə (1973).
Tediaşvili eyni zamanda Dünya Çempionatının ikinci mükafatçısı (1978), Dünya Kubokunun qalibi (1973), üçqat Avropa çempionu (1974, 1976, 1978), SSRİ Xalqlarının V Spartakiada çempionu (1971), ikiqat SSRİ çempionu (1973, 1974) olub. 1973-cü ildə Sovet İttifaqında ilin ən yaxşı idmançısı seçilib. Sovet İttifaqının əməkdar idman ustası olub.
2003-cü ildə Levan Tediaşvili Tbilisinin fəxri vətəndaşı adına layiq görülüb. O, II dərəcəli Vaxtanq Qorqasali ordeninin, Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Güləş Federasiyasının və “Ləyaqət ordeninin” sahibi olub.
2005-ci ildə Beynəlxalq Güləş Federasiyası Levan Tediaşvilini Beynəlxalq Güləş Şöhrət Zalına daxil edib.
Levan Tediaşvili 1987-ci ildə rejissor Qiorqi Şenqelayanın “Xareba və Qoqia” filmində və 2021-ci ildə Levan Koğuaşvilinin “Dördüncü Brayton” filmində baş rolları ifa edib.