Polis Gürcaani bələdiyyəsinin kəndlərindən birində baş vermiş qətl hadisəsi ilə bağlı iki nəfəri saxlayıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, təqsirləndirilən şəxslər 2023-cü ilin yanvarında 25 yaşlı gənci qətlə yetirib, daha sonra meyiti quyuya ataraq quyunu betonla doldurublar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
1999-cu il təvəllüdlü G.S. və 1996-cı il təvəllüdlü Ü.B. qrup şəklində qəsdən adam öldürmə ittihamı ilə saxlanılıblar. Onları 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
“İstintaqla müəyyən edilib ki, bu ilin yanvar ayında təqsirləndirilən şəxs tanışı 1997-ci il təvəllüdlü G.M.-ni Rustavi şəhərindən Gürcaani bələdiyyəsinin kəndlərindən birinə, G.S.-nin evinə aparıblar. Qarşılıqlı mübahisə zəminində yaranan münaqişə zamanı təqsirləndirilən şəxslər G.M.-ni öldürüb, daha sonra izlərini gizlətmək məqsədilə meyiti kənddən kənarda yerləşən quyuya atıb, quyuya daş və beton doldurublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları G.M.-nin itkin düşməsindən bu il mayın 22-də xəbər tutublar. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs qismində G.S. və U.B. saxlanılıblar”, - Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bu gün Daxili İşlər Nazirliyi Kobuleti bələdiyyəsinin kəndlərindən birində 20 yaşlı gəncin qətli ilə bağlı 3 nəfərin həbs edildiyini açıqlayıb. İstintaqla müəyyən edilib ki, qətlə yetirilən G.A. mayın 16-da dostları ilə dostunun evində olub. Qarşılıqlı mübahisə zəminində 2003-cü il təvəllüdlü A.B. soyuq silahla ona çoxsaylı xəsarətlər yetirib, nəticədə xəsarət alan şəxs yerindəcə keçinib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayəti ört-basdır etmək məqsədi ilə A.B və 2003-cü il təvəllüdlü A.A meyiti avtomobilin baqajına yerləşdirərək kənddən uzaqda, meşənin kənarında basdırıblar.
Qətli törədən şəxs öldürülən gəncin itkin düşməsi barədə polisə məlumat verilməzdən əvvəl mayın 19-da Gürcüstanı tərk edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətli ört-basdır etmək, 2 nəfəri isə cinayət barədə məlumat verməmək ittihamı ilə həbs ediblər.
Mayın 20-də Tetritskaro bələdiyyəsinin Marabdi kəndi ərazisində Tbilisidən qaçırılan taksi sürücüsü olan 54 yaşlı kişi öldürülmüşdü, bundan sonra təqsirləndirilən şəxslər meyiti çayın kənarında basdırmışdı. Polis 22 və 17 yaşlı qardaşları saxlamışdı. Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Prokurorluğun məlumatına görə, cinayətdə iştirak edən daha bir şəxs axtarışa verilib.