Gürcüstan alpinistləri Arçil Badriaşvili, Bakar Gelaşvili və Giorgi Tefnadze dünya alpinizminin ən nüfuzlu “Qızıl buz baltası” [Piolets d'Or 2022] mükafatına layiq görüləcəklər. Onlar ilk olaraq 7300 metr hündürlüyü olan Sarağrarın şimal-qərb zirvəsinə qalxa biliblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2021-ci ilin sentyabrında gürcülər Əfqanıstanla sərhəddə Hindi Kuş dağ sistemində yerləşən zirvəyə qalxdılar. Sarağrarın bir neçə zirvəsi var. Piolets d'Or 2022 münsiflər heyəti qeyd edir ki, 1970-ci illərdə və 80-ci illərin əvvəllərində üç güclü İspaniya ekspedisiyasının cənub-qərb tərəfə qalxmağa cəhd etməsinə baxmayaraq, hündürlüyü 7300 metr olan şimal-qərb zirvəsinə indiyədək qalxılmayıb. Gürcülər yuxarı hissəsi sıldırım qayalıq olan şimal-qərb tərəfi seçdilər. Gün ərzində istilər və bunun nəticəsində qayaların daha az düşməsi səbəbindən zirvəyə həmişəkindən gec, sentyabrda qalxmaq qərarə alıblar.
Münsiflər heyətinin fikrincə, onlar bir neçə amili nəzərə alaraq gürcü alpinistlərinə mükafatlar vermək qərarına gəliblər. Əvvəllər dırmaşmamış zirvəyə, eləcə də heç kimin cəhd etmədiyi tərəfdən qalxmaq qərarı, qrupun kiçikliyi və 6200 metrdən yuxarı yüksək texniki çətinliklərlə səciyyələnən təmiz alp üslubunda 9 günlük yüksəliş nəzərə alınıb.
“Qızıl buz baltası” mükafatı 1992-ci ildə Fransanın “Montani” qəzeti tərəfindən təsis edilib. Onun məqsədi ilin ən mühüm dırmaşmalarını qeyd etməkdir. Piolets d'Or alpinizmin ən yüksək mükafatı, alpinistlərin "Oskar"ı hesab olunur.
2022-ci ilin mükafatlandırma mərasimi 18-20 noyabr tarixlərində Fransanın dağlıq ərazisi olan Brianson şəhərində keçiriləcək.