“Gürcü Arzusu” aprelin 29-da rus qanununa dəstək aksiyası keçirəcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Azusu” aprelin 29-da Gürcüstan parlamentinin binası yaxınlığında rus qanuna qarşı davam edən etirazlar fonunda öz tərəfdarlarının “ümumi toplantısı”nı elan edib.

Hakim partiyanın yaydığı bəyanatda deyilir ki, hər gün Rustaveli prospektində toplaşaraq rus qanununa etiraz edən insanlar “radikal müxalifət” tərəfindən çaşdırılıb.

Siyasi cəhətdən iflasa uğramış radikal müxalifət, varlı “QHT” və “prezident” bizimlə xalq adından danışır ki, bu da bizim tərəfdarlarımızın, Gürcüstan əhalisinin mütləq əksəriyyətinin haqlı qıcıqlanmasına səbəb olur.

Biz tərəfdarlarımızın xahişini nəzərə alırıq və gələn bazar ertəsi, aprelin 29-da Gürcüstan parlamenti qarşısında ictimai toplantı keçirəcəyik.

Sizi, ölkənin hər yerindən olan vətənpərvər həmvətənlərimizi Gürcüstanda inqilabın qara pulla maliyyələşdirilməsinə, pravoslav kilsəsinə hücuma, dini məzmunlu siyasi müdaxiləyə, LGBT təbliğatına, narkotik təbliğatına, dövlət institutlarını nüfuzdan salmağa, radikalizm və qütbləşmənin maliyələşdirilməsinə yox deməyə çağırıram.  

Biz imkan verə bilmərik ki, siyasi və mənəvi cəhətdən korlanmış siyasi azlıq spekulyasiya etsin və xalqın adından danışsın. Biz gürcü xalqının böyük əksəriyyətinin harada dayandığını, həqiqətin və əsl Avropa dəyərlərinin əziz olduğu, ənənəvi milli dəyərlərimizin – mülkümüz, dilimiz və inancımızın əziz olduğu hər kəsə göstərəcəyik. Qara pula yox deyək, şəffaflığa, əsl Avropa yoluna, müstəqil və suveren Gürcüstana hə deyək”, - Bu barədə hakim partiyanın bəyanatında deyilir.

Aprelin 17-də “Gürcü arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda 83 səslə qəbul edib. Həmin gün Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhei bəyanat yayıb ki, qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləməsinə mənfi təsir göstərəcək. O deyib ki, qanun Avropa Birliyinin əsas norma və dəyərlərinə uyğun gəlmir.

Avropa Şurasının prezidenti Şarl Mişel də “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən rus qanununa münasibət bildirib. Onun sözlərinə görə, gürcü xalqı Avropa yolunu seçib və buna cavab olaraq Gürcüstan namizəd statusu alıb və “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ölkənin Avropa istəklərinə uyğun gəlmir və Gürcüstanı Avropa İttifaqından ayırır.

Rus qanunu Avropa Komissiyasının Gürcüstan üçün müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrə ziddir, hansı ki, bu tövsiyələrə görə üzvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.

“Gürcü Arzusu” parlamentin cari yaz sessiyası başa çatana qədər rus qanununu qəbul etmək niyyətindədir. Prezident Salome Zurabişvili də veto hüququndan istifadə edəcəyini bildirərək qanuna qarşı çıxır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur