“Gürcü Arzusu” partiyası aralıq seçkilərdə Poti, Xobi və Senaki seçki dairələri üzrə parlamentin majoritar deputatlığına, Tsaqeri və Tercola bələdiyyələrində isə merliyə namizədlərin adını açıqlayıb. Aralıq seçkilər aprelin 29-da keçiriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Partiyanın siyasi şurasının qərarına əsasən, partiya Qiorqi Xaxubianı Poti, Senaki və Xobi seçki dairələri üzrə parlamentin majoritar deputatı olaraq namizədliyini irəli sürəcək.
“Gənc olmasına baxmayaraq, zəngin iş təcrübəsi var. O, müxtəlif vaxtlarda Fövqəladə Halların Koordinasiya və Təcili Yardım Mərkəzinin inzibati şöbəsinin müdiri, Gürcüstan Qaz Nəqliyyatı Şirkətinin maliyyə şöbəsinin müdiri, daha sonra həmin şirkətin baş direktorunun müavini olub. Bundan əlavə, Qiorqi illərdir fərdi sahibkarlıq fəaliyyəti ilə uğurla məşğul olur. Keçən illərdə Qiorqi Poti, Xobi və Senakdakı “Gürcü Arzusu” seçki qərargahının və partiya təşkilatlarının işlərində fəal iştirak edirdi”, - Kobaxidze qeyd edir.
Qiorqi Xaxubia eyni seçki dairəsinin majoritar deputatı İrakli Xaxubianın oğludur. İrakli Xaxubia 2022-ci il oktyabrın 27-də evində ölü tapılıb. Deputat özünü öldürüb. 2017-ci ilin mayında İrakli Xaxubianın oğlu, 21 yaşlı Beka Xaxubia Qori tunelinin yaxınlığında baş verən yol qəzasında həlak olub. Rəsmi məlumata görə, Beka Xaxubiya “BMV” markalı avtomobili idarə edirdi, o, patrul polisinin maşını saxlamaq tələbinə tabe olmayıb, bundan sonra polis onun yolunu yük maşını ilə bağlayıb. Beka Xaxubiya yük maşını ilə toqquşub və hadisə yerində ölüb. Beka Xaxubianın ölümü ilə bağlı Qori Rayon Məhkəməsi iki polis əməkdaşını təqsirli bilib - Zurab Rusişvili 1,6 il, Qia Sadaqaşvili isə 2,6 il müddətinə azadlıqdan məhrum edilib.
“Gürcü Arzusu” Ambrolaurinin keçmiş prokuroru Levan Zalkalianı Tsaqeri bələdiyyəsinin merliyinə namizəd kimi təqdim edib.
“Levan uğurlu hüquqşünas və dövlət qulluqçusudur. Tiflis Dövlət Universitetində hüquq təhsili alıb. Müxtəlif vaxtlarda Levan prokurorluqda müstəntiq və 11 il müddətində Ambrolauri rayon prokuroru vəzifəsində çalışıb. Levana baş ədliyyə müşaviri adı verilib. Levan Zalkalian indiyədək Raça-Leçxum və Kvemo Svaneti üzrə dövlət komissarının müavini vəzifəsini tutub”, - partiya sədri İrakli Kobaxidze deyib.
Tsaqerinin meri Qiorqi Nemsadze ötən ilin noyabrında vəzifəsini tərk edib.
Tercolaya gəlincə, hakim partiya mer vəzifəsinə Manuçar Robakidzenin namizədliyini irəli sürüb. Robakidze müxtəlif vaxtlarda Şəhər Şurasının üzvü olub, özəl şirkətlərdə - "Zestafon Gas" və "Sokar"da rəhbər vəzifələrdə çalışıb, Tercola bələdiyyəsinin inzibati və satınalma xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2021-ci ildə Manuçar Robakidze Tercola bələdiyyəsi merinin birinci müavini, 2022-ci ildən isə Tercolanın meri vəzifəsinə təyin edilib.
Tercola bələdiyyəsinin meri Laşa Qoqiaşvili ötən ilin oktyabrında avtomobil qəzasında həlak olub.