“Gürcü Arzusu” Gürcüstanın baş naziri vəzifəsinə namizəd kimi partiyanın fəxri sədri Bidzina İvanişvilinin irəli sürdüyü İrakli Kobaxidzeni irəli sürüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Partiyanın bugünkü qurultayında çıxışı zamanı Kobaxidze göstərdiyi etimada görə İvanişviliyə təşəkkür edib.
“Cənab Bidzina İvanişvili hər birimiz üçün öz vətənimizə necə xidmət etməli olmağımızın nümunəsidir. Ötən illərdə komandanın hər bir üzvü ölkəmizin tərəqqisinə öz töhfəsini verib, lakin demək lazımdır ki, bu gün Gürcüstanda demokratiya, sülh, iqtisadi tərəqqi var və ölkə Aİ üzvlüyünə namizəd statusu alıbsa, bu ilk növbədə cənab Bidzina İvanişvilinin xidmətidir. Bunun üçün partiyanın yaradıcısına xüsusi təşəkkür düşür. Mən həmçinin göstərdiyi etimada görə İrakli Ğaribaşviliyə də təşəkkür etmək istərdim. Baş nazir kimi ölkəmizə misilsiz uğur gətirən üç illik yüksək uğurlu fəaliyyətinə görə ona xüsusilə təşəkkür etmək istəyirəm”, - deyə İrakli Kobaxidze bildirib.
Nazirlər Kabinetinin formalaşdırılmasına gəlincə, Kobaxidzenin sözlərinə görə, o, hökumətin hər bir üzvünə öz vəzifəsində qalmağı təklif edib və yalnız müdafiə nazirindən imtina cavabı alıb.
“Təkcə müdafiə naziri Xuanşer Burçuladzenin mövqeyi ondan ibarət idi ki, o, siyasətdən başqa sahəyə keçmək istəyir. Mən onun qərarına hörmət edirəm. Müvafiq olaraq, Gürcüstan hökumətində yeganə dəyişiklik ediləcək - müdafiə naziri vəzifəsinə İrakli Çikovaninin namizədliyi irəli sürüləcək. Parlamentə rəsmən təqdim olunacaq tərkib budur.
Hökumətin planlarına gəlincə, müvafiq proqram sabah parlamentə təqdim olunacaq. Söhbət 10 aylıq proqramdan gedir, çünki parlament seçkilərində qalib gəldikdən sonra yenilənmiş 4 illik proqram təqdim edəcəyik. Birinci vəzifə mövcud hökumət proqramı çərçivəsində başlanmış planları sona çatdırmaq olacaq”, - deyə baş nazir namizədi bildirib.
İrakli Kobaxidze hökumətin başçısı postunda İrakli Ğaribaşvilini əvəz edəcək. Ğaribaşvili yanvarın 29-da istefa verib. O, bu gün “Gürcü Arzusu”nun sədri seçilib.
İrakli Kobaxidze 2021-ci ildən “Gürcü Arzusu”nun sədri vəzifəsində, 2016-cı ildən isə Gürcüstan parlamentinin sədri vəzifəsində çalışıb. O, parlament sədri kreslosunun 2019-cu il, iyunun 21-də rusiyalı deputat Sergey Qavrilov tərəfindən tutulmasından sonra Tbilisidə minlərlə nümayişçinin aksiyasından sonra bu vəzifəni tərk edib. Aksiya iştirakçılarının tələblərindən biri də Kobaxidzenin istefası olub.