Parlament “Qirçi” partiyasının seçki məcəlləsinə dəyişikliyi və partiyanın seçki siyahısını tərtib edərkən gender kvotalarının ləğvini nəzərdə tutan qanun layihəsinə sürətləndirilmiş şəkildə baxacaq. Parlament çoxluğu dəyişiklikləri dəstəkləyəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu”nun üzvü Beka Davitulianinin sözlərinə görə, çoxluq lideri Mamuka Mdinaradze ilə qanun layihəsinin müəllifi İaqo Xviçia arasında danışıq baş tutb.
“Dəyişikliklərə gəlincə, çoxluq prinsiplə razılaşır. Həmçinin, o, sürətləndirilmiş qayda ilə da razılaşır. “Gürcü Arzusu” fraksiyasının və çoxluğun mövqeyi belədir. Digər tərəfdən, biz “Qirçi”dən razılıq almışıq ki, MSK sədrinin seçilməsi ilə bağlı onlar onun dürüstlüyünə və peşəkarlığına diqqət yetirəcək və müəyyən şəxsi siyasi mövzuların aktuallaşdırılması üçün istifadə edilməyəcək”, - Davituliani büronun bugünkü iclasda bildirib.
İaqo Xviçiya çoxluğun üzvlərinə təşəkkür edib, çünki “parlamentdə ilk dəfə olaraq bu iş haqqında danışmaq və hansısa razılaşma əldə etmək mümkün oldu”.
“Mən də gürcü xalqının üzərindən bu, sanki Gürcüstan parlamentinin keçmişdə əcdadlarımızın qadına zülm etdiyini düşünməsi barədə ağır mənəvi yükü götürmək üçün müxalifətdən dəstək xahiş etmək istərdim. Ümid edirəm ki, bu məsələyə son qoyulacaq”, - Xviçia bildirib.
Seçki Məcəlləsinin 203-cü maddəsinə bir neçə il əvvəl dəyişiklik edilib ki, bu maddəyə əsasən, partiyalar 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri və 2028-ci ilə qədər keçiriləcək növbəti parlament seçkiləri üçün partiya siyahısını elə tərtib etməlidirlər ki, hər dörd siyahının birində ən azı bir qadın olmalıdır. Bundan əlavə, 2032-ci ilə qədər bələdiyyə orqanlarına keçiriləcək ümumi seçkilər üçün partiya siyahısında olan namizədlərin hər üç nəfərdən ən azı biri qadın olmalıdır. Partiya siyahısı qanunla müəyyən edilmiş gender balansını saxlamasa, MSK onu qeydə almayacaq.
“Bu dəyişikliyin nə vaxt və necə həyata keçirilməsindən asılı olmayaraq, “Lelo” parlament seçkiləri üçün partiya siyahısını hazırkı qanunvericilik bazası ilə müəyyən edilmiş modellə təqdim edəcək, ona görə yox ki, biz onu o zaman qəbul edib, burada [büronun iclasında] səslənən fikirlərə əsasən dəstəkləmişik, ona görə ki, indiki mərhələdə bunu lazımi və zəruri hesab edirik. İllər keçəcək və bu artıq lazımi və zəruri olmayacaq. Bundan sonra mən bu layihəyə “Qirçi”nin layihəsi deyə bilmərəm, bu, “Oçneba”nın layihəsidir, çünki “Oçneba”nın siyasi niyyəti olmasaydı, “Qirçi”nin ideyası ideya olaraq qalardı. Qalanını xalq mühakimə edəcək”, - “Lelo”nun üzvü, parlamentin keçmiş sədri Davit Usupaşvili bildirib.
Müstəqil deputat Xatiya Dekanoidze də gender kvotasının əleyhinədir. Özünün dediyi kimi, “Gürcü arzusu”nun siyahısında daha çox “pullu adamlar” lazımdır ki, onu da qadınların hesabına doldurmaq istəyir.
“Kvota müsbət ayrı-seçkilikdir və qərar qəbul edən qadınların sayının daha çox olsmasını nəzərdə tutan, müəyyən müddət ərzində həll edilməli olan vacib bərabərlik məsələsidir. Görünən odur ki, parlamentdəki qadınlar “Gürcü Arzusu” üçün problemdir və ona görə də belə qərara gəliblər ki, parlamentdə nə qədər az qadın olarsa, nə qədər çox pullu kişiləri siyahıya salsalar, onlar üçün bir o qədər sərfəli olacaq. Bunun bərabərlik və ya ayrı-seçkiliyin ləğvi ilə heç bir əlaqəsi yoxdur”, - Dekanoidze deyib.
Qanun layihəsinin izahat yazısında “Qirçi” üzvləri qeyd edirlər ki, gender əsaslı kvotalar qadınlara qarşı mövcud stereotipləri daha da dərinləşdirir, bu səbəbdən də “qadınları müvafiq siyasi rqol kimi” qavramaq çətin olur.
Bu gün Gürcüstan parlamentinin 139 deputatı arasında 112 kişi və 27 qadın var.