2023-cü ilin dördüncü rübündə “Gürcü Arzusu” 9 464 000 lari ianə əldə edib ki, bu da bütün partiyaların aldığı ianələrin 93%-ni təşkil edir. Müxalifət partiyalarının ianələri 699 787 lari təşkil edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Müxalifət partiyalarının aldığı ianələr belədir: “Lelo Gürcüstan Naminə” - 330 305 lari, “Vahid Milli Hərəkat” - 241 091 lari, Şota Şalelaşvilinin “Nəsillər Gürcüstan Naminə” partiyası - 101 789 lari, “Gürcüstan Naminə” - 7 665 lari, “Avropalı Sosialistlər” – 5450 lari, “Xalq Naminə” – 5300 lari, “Mühafizəkarlar Hərəkatı” – 2875 lari, “Elene Xoştariya – Droa” – 2504 lari, “Gürcüstanın Leyboristlər Partiyası” – 2371 lari, “Avropalı Gürcüstan” – 438 lari GEL.
Partiyaların ianələri “Beynəlxalq Şəffaflıq - Gürcüstan” tərəfindən öyrənilib. Məlum olub ki, 3 ayda təkcə “Gürcü Arzusu”na 284 nəfər, bütün digər partiyalara isə 130 nəfər ianə verib.
2023-cü ilin ikinci yarısında dəyəri 200 milyon laridən çox olan tenderdə hakim partiyanın ianəçiləri ilə əlaqəsi olan 11 şirkət qalib gəlib. 2013-cü ildən bəri eyni şirkətlər dəyəri 1,7 milyard laridən çox olan tenderin qalibi olub.
Məsələn, 2023-cü ilin dördüncü rübündə “Anaqi” tikinti şirkəti ilə əlaqəli səkkiz şəxs “Gürcü Arzusu”na ümumilikdə 425 000 lari ianə verib, eyni dövrdə şirkət 3 milyon laridən çox dəyərində tenderin qalibi olub. “Qza” MMC-nin 100% payının sahibi Qiorqi Çkoniya və şirkətin direktoru Malxaz Dumbadze noyabrın 13 və 15-də “Gürcü Arzusu”na ümumilikdə 75 000 lari ianə edib, “Qza” isə eyni dövrdə ümumi dəyəri 175 milyon lari olan 6 tenderdə qalib gəlib.
Həmin dövrdə müxalifət partiyalarının ianəçiləri ilə əlaqəli şirkətlərdən heç biri tenderdə qalib gəlməyib. Sadələşdirilmiş alış-verişə gəlincə, “Lelo” ilə əlaqəli üç şirkət, “Vazisubani Estate” MMC, “Çokosvi” MMC və “Ekolar” MMC ümumi dəyəri 14 980 lari olan altı müqavilə alıb.
2017-2021-ci illərdə “Gürcü Arzusu”nun ianəçilərinə aid 26 şirkət dövlət kənd təsərrüfatı proqramları çərçivəsində 22 milyon laridən çox, 2021-2022-ci illərdə isə üzüm subsidiya proqramı çərçivəsində beş şirkətə 18 milyon lariyə qədər maliyyə vəsaiti ayrılıb.
Misal üçün, Zurab Çxaidze ilə əlaqəli “Kaxuri Traditional Winery” alkoqol istehsalı şirkəti 2017-2021-ci illərdə güzəştli aqrokreditlə 6 milyon laridən çox, üzüm subsidiyasının bir hissəsi kimi isə 7 milyon lariyə qədər vəsait alıb. Çxaidze 2023-cü ildə “Gürcü Arzusu”na 60 000 lari, ümumilikdə isə hakim partiyaya 240 000 lari bağışlayıb.
Hakim partiyanın faydalı ianəçiləri arasında “Rich Metal Group” (RMG) mədən şirkətində çalışan 19 nəfər müəyyən edilib ki, onlar oktyabr-noyabr aylarında “Gürcü Arzusu”na ümumilikdə 524 000 lari ianə veriblər. İanəçilər arasında şirkətin icraçı direktoru (“Aremci Gold” MMC və “Aremci Koper” ASC-nin icraçı direktoru Jondo Şubitidze), həmçinin “RMG” qrupuna daxil olan şirkətlərin digər orta və aşağı rqol əməkdaşları da olub.
“İri biznes qruplarının direktorları və partnyorları ilə yanaşı, əksər hallarda hakim partiyanın ianəçilrəi şirkətlərdə maliyyə işçisi, geoloq, mexanik, sex rəisi və s. kimi vəzifələrdə çalışan insanlar olur. Bu hal onların saxta ianəçi olması şübhəsi doğurur, əsl ianəçi isə ört-basdır edilir ki, bu da qanun pozuntusudur.
Bu cür təcrübələr “RMG” qrup, “Anaqi” qrup, “Alyans” qrup və “Next” qrupunda işləyən ianəçilərlə bağlı müəyyən edilib. “Lilo-Mall” MMC ilə bağlı baş vermiş bir qrup tərəfindən qısa müddət ərzində edilən iri məbləğli ianələr də saxta ianə şübhəsini daha da artırır. Belə ki, bu şirkətin kiçik səhmdarları hakim partiyaya eyni gündə külli miqdarda pul vəsaitləri bağışlayıblar”, - “Beynəlxalq Şəffaflıq - Gürcüstan” bildirir.
2023-cü ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərə əsasən, hüquqi şəxslərin partiyaya ianə verməsi qadağan edilib. “Beynəlxalq Şəffaflıq - Gürcüstan”nın qiymətləndirməsinə görə, dəyişiklik əsasən formal xarakter daşıyır və hakim partiya ilə digər partiyalar arasında böyük maliyyə fərqini aradan qaldırmayacaq.