“Gürcü Arzusu” prezidentin Mərkəzi Seçki Komissiyasının sədrliyinə və üzvlüyünə namizədləri seçib Parlamentə təqdim etmək səlahiyyətini məhdudlaşdırmaq niyyətindədir. Müvafiq qanun layihəsi mayın 3-də parlament çoxluğunun deputatları tərəfindən qeydiyyatdan keçirilib və ehtimal olunur ki, bugünkü iclasda Büroya təqdim olunacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın Seçki Məcəlləsinə və parlamentin reqlamentinə dəyişikliklərin edilməsi planlaşdırılıb. Qanun layihəsinə əsasən:
- MSK sədri və üzvlərinin seçilməsi üçün müsabiqə elan olunması və müsabiqə komissiyasının yaradılmasını parlamentin sədri (prezidentin əvəzinə) tərəfindən həyata keçiriləcək. Bundan əlavə, müsabiqə komissiyasında prezidentin nümayəndəsinin iştirakı nəzərdə tutulur;
- MSK-nın sədrliyinə və üzvlüyünə namizədlər qanunverici orqana parlamentin sədri tərəfindən təqdim ediləcək. Namizədlərin irəli sürülməsi prosesində prezidentin iştirakı nəzərdə tutulur. Xüsusilə, parlament ilk dəfədə bütün vakant yerləri doldura bilməsə, müsabiqənin digər namizədləri arasından qalan hər bir vakant vəzifə üçün prezident parlamentə bir namizəd təqdim etmək hüququ qazanacaq;
- MSK sədri və üzvləri 5 il müddətinə seçilir;
- MSK-nın sədri və üzvlərini parlament tam tərkibin səs çoxluğu ilə, yəni 76 deputatın dəstəyi ilə seçəcək.
Mərkəzi Seçki Komissiyası 17 nəfərdən çox olmayan üzvdən ibarətdir. Onların arasında MSK sədri, MSK sədrinin iki müavini və MSK-nın katibi də yer alır. Seçki Məcəlləsinin hazırkı redaksiyasına əsasən, MSK-nın 7 üzvü Prezidentin təqdimatı ilə parlament tərəfindən seçilir, MSK-nın 9-dan çox olmayan üzvü isə partiyalar tərəfindən təyin edilir. Prezidentin MSK sədrliyinə namizədi seçmək və onu Parlamentə təqdim etmək səlahiyyəti var. Müsabiqənin keçirilməsi və müsabiqə komissiyasının yaradılması haqqında fərman o verir. MSK sədrinin və üzvlərinin 5 illik səlahiyyət müddətinə seçilməsi üçün parlamentin tam tərkibinin 2/3-nin, yəni 100 deputatın dəstəyi lazımdır. 2/3 səsdən az səslə seçilən MSK üzvünün səlahiyyət müddəti cəmi 6 aydır.
MSK sədrinin müavinlərindən biri, müxalif “Lelo” partiyasının üzvü Qiorqi Sioridze bəyan edir ki, hökumət 2024-cü il parlament seçkilərinə hazırlaşır və “Mərkəzi Seçki Komissiyasını birpartiyalılıqla işğala edir”.
“Hakim partiya liderlərinin təşəbbüsü ilə irəli sürülmüş qanunvericilik dəyişiklikləri paketinə əsasən, hökumət prosedurlara təkbaşına nəzarət edəcək - o, MSK sədrini eç kim ilə razılaşmadan, təkbaşına seçə və müvafiq olaraq prosesi antidemokratik şəkildə, istədiyi kimi apara biləcək.
Yeni dəyişikliklərlə MSK-nın sədri və üzvləri parlament üzvləri tərəfindən sadə səs çoxluğu, yəni bir partiya tərəfindən, həm də 5 il müddətinə seçilir. Venesiya Komissiyasının və ATƏT/DTİHB-nin qənaətlərinə məhəl qoyulmayıb.
Eyni zamanda, dəyişikliklər paketinə əsasən, Gürcüstan prezidentinin MSK-nın sədrliyinə və üzvlüyünə namizədləri parlamentə təqdim etmək kimi konstitusion səlahiyyəti əlindən alınır. Bu, Prezident institutuna hücumdur ki, bu da prezidentin hökumətə arzuladığı namizədləri parlament təqdim etməməsi ilə bağlıdır.
Şarl Mişelin əsas nailiyyəti MSK sədrinin və üzvlərinin seçilməsi mexanizmi olub ki, parlamentdə 2/3 səs çoxluğu tələb olunur və bu mexanizm konsensusa və partiyalar arasında siyasi məsləhətləşmələrə əsaslanmalı idi. Bu paketə əsasən, bunların hamısı sıfırlanır”, - Sioridze bugünkü brifinqdə bildirib.
MSK sədrinin müavini qeyd edir ki, parlament “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsini qəbul edərsə, bu, institusional demokratiyanın inkişafı yolunda çox böyük geri addım olacaq”.
Qanunvericilik dəyişiklərinin müəllifləri, o cümlədən “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze izah edir ki, Aİ-yə üzv ölkələrdə qüvvədə olan qanunvericilik oxşar qurumun üzvlərinin seçilməsi imkanını Gürcüstanın Seçki Məcəlləsi ilə müəyyən edilmiş prosedura oxşar qaydada tanımır.
Hazırda, MSK-nın sədri vəzifəsini Qiorqi Kalandarişvili icra edir. Parlamentin 2022-ci il, dekabrın 22-də keçirilən növbədənkənar iclasında prezident Salome Zurabişvili tərəfindən irəli sürülən MSK sədrliyinə iki namizəddən biri, Tamar Alfaidze heç bir deputat tərəfindən dəstəklənməyib və Revaz Eqadzeyə isə yalnız bir deputat səs verib. Seçim müsabiqəsində Qiorqi Kalandarişvili də iştirak edib, lakin prezident onun namizədliyini parlamentə təqdim etməyib və bu, əvvəlki iki halda Kalandarişvilinin parlamentin tam tərkibinin 2/3-nin dəstəyini ala bilməməsi, vəzifəyə 6-6 ay müddətinə seçilməsi ilə izah edilib. Qiorqi Kalandarişvilinin namizədliyini “Gürcü Arzusu” dəstəkləyib.