Parlamentdə prezident Salome Zurabişvilinin impiçmenti baş tutmayıb. Səsvermədən əvvəl 90 deputat qeydiyyatdan keçib, onlardan 86-sı prezidentin impiçmentini dəstəkləyib, biri - Aleko Elisaşvili əleyhinə çıxıb. Prezidentin impiçmenti üçün 100 səs lazım idi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu prosedur uğurla başa çatmasa belə - biz hamımız başa düşürük ki, kollektiv “Milli Hərəkat” impiçmenti dəstəkləməyəcək və müvafiq olaraq Salome Zurabişvilinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar qəbul etməyəcək. O məhz onların ümidi ilə Gürcüstan Konstitusiyasını pozurdu – son bir il ərzində o, Gürcüstanın prezidenti deyil, sırf “Milli Hərəkat”ın prezidenti olaraq qalacaq. Belə bir şəraitdə onun prezidentliyinin nə dəyəri var, özünüz mühakimə edə bilərsiniz”, - deyə səsvermədən əvvəl hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Salome Zurabişvilinin özü çıxışı zamanı bildirib ki, “Gürcü Arzusu” impiçment prosesi vasitəsilə ölkəni təcrid vəziyyətinə salacaq.
“Siz ittihamları dəstəkləmək üçün sübut təqdim etməli idiniz və heç bir sübut təqdim etmədiniz! İddia etdiyiniz şeyləri, guya gah Avropa yolumuzu sabotaj edirdim, gah nəticə ortaya qoya bilmədim, gah etmədiyim halda danışıqlar apardım, gah nəyi, gah da nəyi sübut etmək üçün fakt gətirə bilmədiniz… Mənim səhv bir şey etdiyimi və ya ölkəni qorumaq və Avrointeqrasiya yolunda dəstəyimi əsirgədiyimi sübut edə bilmədiniz. Mənə inanmırsınızsa, yoxlayıb Frank-Valter Ştaynmayerə, Şarl Mişelə, Emmanuel Makrona, hətta Alar Karisə, Edqars Rinkeviçə, Qitanas Naussedaya da zəng edə bilərsiniz... Siyahını davam etdirə bilərəm... Bunlar da sabah statusumuzun asılı olacağı liderlərdir və demək lazımdır ki, siz bu impiçment prosesi ilə nəinki məni, heç məni yox, bu liderləri təhqir edirsiniz. Bu zaman və bu kontrast bir çox şey ifadə edir,
siz işğalçı ölkəyə və onun rəhbərlərinə böyük ehtiramla yanaşırsınız, üstəlik, açıq şəkildə işğalçıların tərifinə layiq görülürsünüz, hətta bundan narahatlıq da duymursunuz;
“Mənim barəmdə işğalçı ölkənin səsləndirdikləri ilə sizin səsləndirdiklərinizin üst-üstə düşməsi də sizi narahat etmir”, - prezident bildirib.
Oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin hökumətin razılığı olmadan Aİ ölkələrinin liderləri ilə görüşərək Konstitusiyanı pozması qərarını 3 əleyhinə 6 lehinə səslə müəyyən edib.
Prezident bu qərarı biabırçılıq adlandırıb.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bu gün prezidentin mümkün cinayət məsuliyyətinə eyham vurub: “O, bunu sabah da pozacaq, ona nə mane olacaq?” Onun “Milli Hərəkat”a hələ də ümidi var. Ümid edə bilməyəcəyi yeganə şey prokurorluqdur, cinayət istintaqıdır”.
Prezident Kobaxidzenin eyhamına da cavab verib: “Nə zənn edirsiniz, məni nə qorxutmalıdır, lap prokurorluğun adının hallandırılması olsun?. Məni nə bezdirməli, nə vadar etməlidir ki, bu ölkəni qoyub gedim? Buna ümidiniz olmasın. Sözümü yerinə yetirməyimə kim mane olmalıdır? Əvvəllər olduğu kimi bu ölkədən Rusiya bazalarını çıxartdım. Yeri gəlmişkən, mənim üçün məhkəmə də təşkil etdilər, indi də sözümə və andıma sadiq qalacağam və Avropaya gedən yolda özümü sona qədər bu ölkəyə, onun müstəqilliyinə, xalqının azadlığına həsr edəcəyəm”