“Gürcü Arzusu” seçkilərdən əvvəl amnistiya elan etməyə hazırlaşır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament seçkiləri öncəsi hakim “Gürcü Arzusu” partiyası amnistiya elan etməyə hazırlaşır. Bu gün baş nazir İrakli Kobaxidze parlamentdə illik hesabatı zamanı deyib ki, yaxın bir neçə gün ərzində amnistiya qanunu irəli sürüləcək və onun qəbulu məhbusların sayının azaldılmasına “ciddi töhfə verəcək”.

“Artıq Gürcüstan Cinayət Məcəlləsindən şəxslərin amnistiya qaydası ilə azadlığa buraxılması ilə bağlı ola biləcək müvafiq maddələrin və bəndlərin siyahısı tərtib edilib. Yaxın günlərdə müvafiq qanun layihəsini irəli sürməyi planlaşdırırıq. Yəqin ki, biz iyulda məsələlərin müzakirə olunacağı növbədənkənar sessiyada danışmalıyıq. İyulda bu qanun layihəsini birinci oxunuşda qəbul etmək mümkün olacaq ki, sentyabrda amnistiya qanununun qəbulu üç oxunuşda başa çatsın”, - İrakli Kobaxidze “Qirçi”nin üzvü Herman Sabo tərəfindən bu məsələ ilə bağlı verilən suala cavab olaraq bildirib.

Bu gün cəzaçəkmə müəssisələrində 10 minə yaxın məhbus var ki, bu da Kobaxidzenin sözlərinə görə, “optimal göstərici deyil”.

“Optimal Avropa dərəcəsinə yaxınlaşmaq üçün yaxın gələcəkdə məhbusların sayını əhəmiyyətli dərəcədə azaltmaq vacibdir. Məhkumların sayının ən azı 1/3 hissəsinin azaldılması arzuolunan olardı və hesab edirik ki, hazırlanmış amnistiya qanunu bu məqsədə çatmağa ciddi töhfə verəcək”, - deyə Baş Nazir bildirib.

İrakli Kobaxidze “Qirçi” üzvlərinə müraciət edib ki, amnistiya haqqında qanunun müzakirəsi zamanı onların səsləndirdiyi fikirləri maksimal şəkildə nəzərə almağa çalışacaqlar.

Parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur