Gürcü trollar hətta rus trolları belə üstələyiblər - Avroparlamentar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Parlamentinin üzvü Viola von Kramon bəyan edir ki, gürcü “trolları” hətta rusları belə üstələyiblər. Avroparlamentar onun haqqında, guya, nasist Herman Gerinqin nəslindən olması barədə yayılan məlumatlara cavab verib. Avroparlamentar deyir ki, onunla hərbi cinayətkar arasında qohumluq münasibətlərinin olmasına dair yalanları “Gürcü Arzusu” tərəfdarları yayır.

“Təbrik edirəm, “ayın trolu” mükafatı bu dəfə mütləq gürcü “trollarına” veriləcək, onlar hətta rus “trolları”nı da üstələyiblər. Niyə? Çünki məni Hermann Görinqin mümkün qohumu kimi təyin ediblər. Oxşar fikir yalnız mənim qız soy adımın rusca tərcüməsi “Gering”i götürənlərin ağlına gələ bilər. “Gering” [Gehring] və “Göring” [Göring] kiril əlifbasında eyni yazılır, lakin latın qrafikasında bu iki soyadın heç bir ortaqlığı yoxdur. Necə ki, xoşbəxtlikdən mənim də hansısa nasist siyasətçisi və müharibə cinayətkarı Hermann Göring ilə əlaqəm yoxdur”, - Viola fon Kramon deyir.

Avroparlamentar deputatın fikrincə, ikinci “saxta” –  yayılan, onun, sanki toyda sərxoş vəziyyətdə olduğu video daha da absurd olub.

“Mən məmnuniyyətlə gürcü toyuna gedərdim, amma hələ heç kim dəvət etməyib. Bu xanımla əlaqəm yoxdur. Bu klassik eyni adlı “saxta video” idi.

Maraqlı faktdır ki, bu “saxta”nı əsasən hakim fraksiya tərəfdarları paylaşıb. Düşündürücüdür ki, ehtimal olunan sifarişçinidəmi burada axtarmalıyıq. “Məncə, uydurma videolar yaymaqdansa, açıq siyasi müzakirələr aparmaq daha yaxşıdır”.

Viola fon Kramon tez-tez “Gürcü arzusu” liderlərinin hücum obyektinə çevrilir. Avroparlamentar Gürcüstanda sonuncu dəfə aprelin əvvəlində olub və hökumət administrasiyası qarşısında baş tutan Lazare Qriqoriadisiyə dəstək aksiyasına gedib. Bundan əvvəl o, Tbilisidə Rusiyanın “xarici agentlər” qanununa qarşı keçirilən etiraz aksiyaları haqqında fikir bildirib və qeyd edib ki, indiki hadisələr ona 2013-2014-cü illərdə Ukrayna Maydanını xatırladır. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze onu Gürcüstanda “radikallara” dəstək verməkdə ittiham edib, parlamentin birinci vitse-spikeri Qia Volski isə von Kramonun aksiyaların vətəndaş münaqişəsinə çevrilməsinin tərəfdarı olduğunu bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur