Gürcüstan Ukraynadan Rusiya koloniyalarına zorla köçürülmüş keçmiş məhbusları öz ərazisinə buraxmaqdan imtina edir. Artıq 14-cü gündür ki, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin ərazisində 7 nəfər yaşayır. Bu barədə rusdilli “Meduza” nəşri Gürcüstandakı ukraynalı qaçqınlara yardım edən “Volunteers Tbilisi” təşkilatına istinadən yazır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Təşkilatın könüllülərinin bildirdiyinə görə, həmin şəxslər oktyabrın 11-də ilk dəfə sərhədi keçməyə cəhd ediblər, lakin Ukrayna Xarici İşlər Nazirliyindən cavab almaq zərurətini əsas gətirərək, Gürcüstan ərazisinə buraxılmayıblar. Qeyd edək ki, 7 nəfərdən yalnız dördünün Ukrayna pasportu, digər üç nəfərin isə yalnız Rusiya kolonlarından azad olunma şəhadətnaməsi var.
Sərhəd keçid məntəqəsində kişilər yerdə yatmalı olur, onlara yemək və su könüllülər tərəfindən gətirilir.
Onların hamısı cəzalarını Xerson kolonlarında çəkiblər. 2022-ci ilin payızında Rusiya silahlı qüvvələri Xersondan çıxarıldıqda, Rusiya Federasiyasına köçürülüblər. 2022-ci ildə Xersondan Rusiya ərazisinə 2500 məhbus köçürülüb.
Kişilərdən birinin dediyinə görə, azadlığa çıxdıqdan sonra onları Volqoqrad deportasiya mərkəzinə yerləşdiriblər və orada onlara 8 il müddətinə Rusiya Federasiyasına girişi qadağan edən fərman verilib.
Keçmiş məhbuslardan biri etiraz əlaməti olaraq özünə xəsarət yetirdiyini deyir. Ona tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir. "Biz hamımız Ukrayna vətəndaşlarıyıq və sadəcə vətənə qayıtmaq istəyirik”, - deyə ukraynalılardan biri deyib.
Gürcüstanın keçmiş ukraynalı məhbusları öz ərazisinə buraxmaqdan imtina etməsi ilk hal deyil. Avqustun sonunda altı ukraynalıdan ibarət qrup on gün Yuxarı Lars keçid məntəqəsində olub.