Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Gürcüstan hökuməti əvvəlcə keçmiş Prezident Mixeil Saakaşvilini zəhərləyib, indi isə onu yavaş-yavaş öldürür. O, bu barədə Avstriya Prezidenti Aleksandr van der Bellenlə birlikdə keçirilən mətbuat konfransında deyib və Saakaşvilinin fotolarını media nümayəndələrinə göstərib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir vaxtlar Gürcüstanın prezidenti olub o, Mixeil Saakaşvili . Necə göründüyünü görməyinizi istəyirəm. Ukrayna vətəndaşının ictimai işgəncəsi. Mən inanıram ki, bu gün Gürcüstan hökuməti - nə edirlər onlar: öldürürlər onu. Siz bilirsiniz ki, əvvəlcə onu zəhərlədilər, indi də yavaş-yavaş öldürürlər.
Ona görə də belə bir sual yaranır: bu gün Gürcüstan rəhbərliyi kimin tərəfindədir? Neytraldırlarmı, yoxsa Rusiyanın tərəfindədirlər? Rusiya öz siyasətçilərinə yanaşdığı şəkildə Gürcüstan rəhbərliyi də artıq sadəcə öz siyasətçilərinə deyil, Ukrayna vətəndaşlarına o cür yanaşır. Biz neytrallıq məsələsinə böyük hörmətlə yanaşırıq, lakin bu münasibətlə bağlı böyük anlaşılmazlıqlar var.
İstəyirəm ki, mətbuat nə baş verdiyini görsün: Ukrayna vətəndaşının ictimai işgəncəsi. Mən Gürcüstanın keçmiş prezidentinin hansı məsələyə görə həbs edildiyini, bunun Gürcüstanda siyasət və demokratiya üçün hansı nəticələrə gətirib çıxardığını müzakirə etməyəcəyəm. Bu onların daxili məsələsidir. Mən hər gün ictimai işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin həbsindən danışıram. Düşünürəm ki, məqsədləri onu öldürməkdir”, - deyib Zelenski.
Fevralın 1-də Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya cəzadan azad edilməsinin müzakirə olunduğu növbəti məhkəmə prosesinə Saakaşvili “Vivamed” klinikasından distant şəkildə qoşulub və səhhətinin kəskin şəkildə pisləşdiyini bildirib və bunu göstərmək üçün köynəyini qaldırıb. “Bütün biliyimi Gürcüstana vermişəm... İndi sağlamlığımı qurban verdim Gürcüstana və tək xahişim odur ki, adekvat müalicə olunmaq imkanı versinlər mənə”, - deyib o. Saakaşvili ukraynalılara da müraciət edərək bildirib ki, o, hazırda “Matrosov həbsxanasındadır”, ona işgəncə verilib və zəhərlənibdir. O, həmçinin deyib ki, “Ukraynanın bu qədər yaxın olan qələbəsini görməyə ömrüm çatmasa, qəlbim Kiyevdə dəfn edilməlidir, çünki o Ukraynaya aiddir”.
Məhkəmə zamanı xalq müdafiəçisinin yaratdığı şuranın üzvü, nevroloq Tengiz Tsuladze bildirib ki, Mixeil Saakaşvili xərçəng xəstələri üçün xarakterik olan dördüncü səviyyəli kaxeksiyaya malikdir. Həkimin izahına görə, bu, "çox güman ki, onun ömrünə ciddi təsir göstərəcək".
Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə seçkilərinə bir gün qalmış həbs edilib. Saakaşvili təqsirli bilinir və parlament üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili, həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasına basqın etmək, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur. Üçüncü prezident özünü təqsirli hesab etmir və ittihamların siyasi motivli olduğunu deyir.
Mixeil Saakaşvili 2022-ci ilin may ayından müalicə üçün Xüsusi Penitensiar Xidmətin kontraktçı klinikası olan “Vivamed”ə yerləşdirilib.