Gürcüstanın futbol üzrə milli komandası tarixdə ilk dəfə Avropa çempionatında çıxış edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dinamo Arena”da Gürcüstan və Yunanıstan arasında “Avro-2024” seçmə mərhələsinin pley-off finalı keçirilib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə heç-heçə başa çatıb. Oyunun taleyi penaltilər seriyasında həll olunub və burada Gürcüstanın Yunanıstanı 4:2 hesabı ilə məğlub edib. Rəqibin qapısına qolları Qiorqi Koçoraşvili, Zuriko Davitaşvili, Laşa Dvali və Nika Kvekveskiri vurub.
“Gürcü azarkeşlərə təşəkkür edirəm. 120 dəqiqə bu cür azarkeşlik etmək... Çox stadionlarda oynamışam, amma belə şey görməmişəm. Siz bizim bu gün qalib gəlməyimizdə ən mühüm amillərdən biri oldunuz”, - deyə Xviça Kvaratsxelia bildirib.
Gürcüstan millisi Avropa çempionatında ilk oyununu iyulun 18-də Dortmundda Türkiyə millisinə qarşı oynayacaq.
Gürcüstanın 4 il əvvəl də Avropa çempionatına getmək şansı var idi, lakin pley-off finalında Şimali Makedoniyaya məğlub olmuşdu.