Gürcüstan Portuqaliyanı məğlub edərək Avropa çempionatının 1/8 finalına yüksəlib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa çempionatının debütantı olan Gürcüstanın milli futbol komandası Portuqaliya ilə görüşdə 2:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

İlk qolu oyunun 94-cü saniyəsində Xviça Kvaratsxelia, ikinci qolu isə 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qiorqi Mikoutadze vurub. Bu, Mikautadzenin Avropa çempionatında üçüncü qoludur.

Foto: Leon Kuegeler/Reuters

Portuqaliyalılar bir neçə şans yaratsalar da, Qiorqi Mamardaşvili onların qol vurmaq cəhdlərinin qarşısını alıb.

Foto: Piroschka Van De Wouw/Reuters

Gürcüstan F qrupunda Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparırdı. Qrupu Portuqaliya birinci, Türkiyə ikinci, Gürcüstan üçüncü bitirib, Çexiya isə turnirə vida edib. Milli komanda Avropa çempionatında tarixi nəticəyə imza atıb.

Gürcüstan iyunun 30-da İspaniya ilə qarşılaşacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur